YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirilib
31.05.2019 [10:33]
Mayın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirilib.
Tədbir iştirakçıları öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə qızıl gül dəstələri qoyublar.
YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbirdə dövlət himninin səsləndirilməsindən sonra YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı gündəliyə uyğun olaraq hesabat məruzəsi ilə çıxış edib, VI konfransdan ötən dövrdə görülən işləri diqqətə çatdırıb. Məruzə ətrafında çıxış edən Orxan Bayramov, Elman Aslanov, Aliyə Orucova YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini qənaətbəxş hesab ediblər.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyev, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən geniş bəhs ediblər.
Sonra gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri və 6 sədr müavini seçilib. Gənclər Birliyinin yeni sədri Orxan Bayramov seçilib. 37 nəfərdən ibarət Şuranın, 21 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqlənib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ümumrespublika konfransına 13 nəfər nümayəndə seçilib.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov yeni tərkibə uğurlar arzulayaraq bildirib ki, 17 minə yaxın üzvü sıralarında birləşdirən YAP Xətai rayon təşkilatında çoxluq təşkil edən gənclərimizin fəallığı daim yüksək dəyərləndirilir. Gənclərimiz daha fəal olmalı, Azərbaycan həqiqətlərinin təbliğinə öz davamlı töhfələrini verməlidirlər.
Sonda YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransının iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

