YAP xalqa xidmət edən partiya kimi bütün proseslərin önündə gedir
09.12.2009 [10:10]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası davam edir. YAP Nərimanov rayon təşkilatı kampaniya çərçivəsində növbəti görüşünü rayonun “Daş karxanası” adlanan ərazisinin sakinləri ilə keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Onun sözlərinə görə, bütün seçkilərdə olduğu kimi bu siyasi kampaniyada da YAP monolit qüvvə kimi iştirak edir. Səlahiyyətli nümayəndə partiyanın seçkilərdə müəyyən hədəflərinin olduğunu deyərək bütün bunların seçki konsepsiyasında əks olunduğunu qeyd edib.
Rayon təşkilatının sədri bildirib ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb: “ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bununla belə, bu sahədə görüləsi işlər çoxdur. Bilirsiniz ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir”.
Seçiciləri YAP-ın namizədinə səs verməyə çağıran T.Tağıyev partiyanın zəngin seçki təcrübəsinin olduğunu da xatırladıb. Onun sözlərinə görə, bu da bələdiyyə seçkilərində böyük uğur qazanılmasını şərtləndirən amillərdən biri olacaq. Rayon təşkilatının sədri YAP tərəfindən seçkilərdə qadınların və gənclərin namizədliyinə də üstünlük verildiyini deyib. özünün də bələdiyyə üzvlüyünə namizəd olduğunu bildirən T.Tağıyev budəfəki seçkilərdə YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlərin irəli sürüldüyünü vurğulayıb: “İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. çünki YAP-ın fəaliyyətinin əsasında xalqa xidmət dayanır”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Əhməd Vəliyev yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə yeni təsisatın olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericilik bazası kifayət qədər mükəmməldir. YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən Ə.Vəliyev qeyd edib ki, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır: “Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi onun Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır”.
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən millət vəkilinin sözlərinə görə, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Fəttah Heydərov öncə Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində xüsusi yerə və rola malik olduğunu bildirib. “Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevdir”, - deyən millət vəkilinin sözlərinə görə, ölkəmiz məhz ümummilli liderin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. Ulu öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası isə siyasi proseslərin önündə gedir.
“Ulu öndər müstəqil ölkəmizin bütün strukturlarının formalaşmasında birbaşa iştirak edib, o cümlədən, bələdiyyələrin formalaşdırılması, qanunvericiliyin hazırlanması prosesi də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılıb”, - deyən millət vəkilinin sözlərinə görə, hazırda bələdiyyələr ölkənin sosial həyatında vacib rol oynayır. Zaman keçdikcə isə bu təsisatın cəmiyyətdəki rolu artır: “Artıq bələdiyyələrə üçüncü seçkilər keçiriləcək. ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Onların fəaliyyəti təkmilləşməyə doğru gedir. Bu prosesdə YAP-ın rolu xüsusi qeyd edilməlidir. YAP xalqa xidmət edən partiya kimi bütün proseslərin önündə gedir. Əminəm ki, ölkənin hər yerində olduğu kimi Nərimanov rayonunda da seçicilər dekabrın 23-də məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Millət vəkili yeni seçiləcək bələdiyyə üzvlərinə tövsiyələrini də çatdırıb: “Bilirsiniz ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edir. Bütün bölgələrdə, hətta ən ucqar kəndlərdə belə abadlıq və quruculuq işləri aparılır. Təbii ki, bu prosesdə bələdiyyələr də fəal iştirak etməlidir. Əminəm ki, bələdiyyələrə seçiləcək yeni üzvlər öz fəaliyyətlərini məhz bu istiqamətdə quracaqlar”.
YAP tərəfindən Nərimanov bələdiyyəsinə namizədliyi irəli sürülmüş Xanoğlan Qənbərov çıxışında rayonun son illər xeyli inkişaf etdiyini bildirib. O, qeyd edib ki, bələdiyyə üzvləri öz vəzifələrini yaxşı bilməlidirlər: “Bələdiyyə üzvləri daim insanların arasında olmalı, onların problemlərinin aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak etməlidir. üzərimizə düşən bu məsulliyəti dərk edərək seçkilərdə iştirak edirik”.
Hakim partiyanın Nərimanov bələdiyyəsinə digər namizədi Sürəyya İsmayılova isə seçicilərin etimadını qazanacaqlarına inandığını deyib: “Biz namizəd olaraq üzərimizə düşən vəzifələri aydın şəkildə dərk edirik. Qalib gələcəyimiz təqdirdə elə işləyəcəyik ki, sabah insanlarla üz-üzə gələndə utanmayaq. Siz də seçkidə fəal olmalısınız. Vətənini, xalqını sevən insanlar kimi seçkilərdə fəal olun”.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

