Puta qəsəbəsinin sakinləri də YAP-ın namizədlərinə səs verəcək
10.12.2009 [10:23]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Puta qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov qeyd edib ki, təbliğat-təşviqat kampaniyası başlanandan rayon təşkilatı tərəfindən bir sıra seçki hərəkətləri həyata keçirilib.
Aydın Hüseynov bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının inamla qələbə qazanacağına əmin olduğunu deyərək, bundan sonra da bələdiyyələrin rayonun sosial-iqtisadi həyatında, abadlıq və quruculuq işlərində mühüm rol oynayacağını söyləyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində son illərdə respublikamız regionda aparıcı dövlətə çevrilib, əhalinin həyat şəraiti yaxşılaşıb. Bu inkişafın müsbət təsiri Qaradağ rayonunda da hiss edilir. Rayonumuzun bütün kənd və qəsəbələri öz simasını son illər ərzində sürətlə dəyişməyə başlayıb”.
Onun sözlərinə görə, yarandığı gündən xalqa xidmət prinsipini prioritet sayan YAP ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq həyata keçirdiyi tədbirlərlə ümumxalq partiyasına çevrildiyini sübut edib və xalqın etimadını qazanıb: “Əminəm ki, Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanaraq seçicilərin etimadını doğrultmaq üçün var qüvvəsi ilə xalqa xidmət göstərəcək və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. İnanıram ki, bu seçkilərdə də Puta qəsəbəsinin sakinləri YAP-ın namizədlərinə səs verəcəklər”.
Tədbirdə çıxış edən YAP-ın Siyasi Şurasının üzvü, ADPU-nun prorektoru, professor Vilayət Əliyev bələdiyyələrin tarixindən bəhs edib: “Artıq bələdiyyələrin insanların həyatındakı yeri və rolu artmaqdadır. Əminəm ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək. Hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Puta seçiciləri bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
YAP-ın Puta bələdiyyəsi üzrə namizədi Şükür Xəlilov Milli Məclisin bələdiyyələrlə bağlı qanunvericilikdə etdiyi dəyişiklikdən danışaraq bildirib ki, bu islahatlar bələdiyyələrin fəaliyyətini daha da təkmilləşdirəcək. Puta bələdiyyəsinin işinin hər zaman seçicilər tərəfindən qiymətləndirildiyini söyləyən natiq görüş iştirakçılarını seçkilərdə fəal olmağa və doğru seçim etməyə çağırıb.
Namizəd Fəxrəddin Məmişov isə vurğulayıb ki, dekabrın 23-də növbəti beşillik üçün bələdiyyələrə seçkilər keçiriləcək: “Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət göstərən ümummilli lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir”.
Elminə Hüseynova çıxışında bələdiyyələrin yarandığı gündən ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynadığını söyləyib.
çıxış edən Lalə Məhərrəmova deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman dövlətin inkişafı naminə fəaliyyət göstərib və bu baxımdan da, insanların dəstəyini qazanıb: “Budəfəki seçkilərdə də YAP-ın namizədlərinin qalib gələcəyinə inanıram”.
Seçicilər isə, öz növbəsində, budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

