Bələdiyyələr ölkənin sosial həyatında vacib rol oynayır
10.12.2009 [10:30]
Dekabrın 23-də ölkəmizdə növbəti dəfə bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərdə inamlı qələbə qazanmaq əzmində olan Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Nərimanov rayonunun “çaykovski-2” və “çaykovski-4” ünvanlarında seçicilərlə keçirilən növbəti görüş də deyilənləri təsdiqləyir.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev deyib ki, YAP yarandığı ilk günlərdən öz monolitliyini və bütövlüyünü qoruyaraq ən mürəkkəb situasiyalardan uğurla çıxmış güclü siyasi təşkilatdır: “Tam əminliklə deyə bilərik ki, YAP üzərinə götürdüyü missiya, dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyətin siyasi mədəniyyətinin formalaşdırılması, ölkəmizdə demokratiyanın inkişafı, fikir azadlığı və plüralizmin tam bərqərar olması yönündə gördüyü qlobal işlərlə Azərbaycan tarixində öz layiqli yerini tutub”.
Ulu öndər Heydər Əliyevdən sonra cənab Prezident İlham Əliyevin YAP-a rəhbərlik etməsinin partiyanın daha da güclənməsinə təkan verdiyini söyləyən T.Tağıyev xalqın hakim partiyaya böyük inam və etimad göstərdiyini bildirib: “Bu inam və etimad ölkəmizdə keçirilən bütün seçkilərdə nümayiş etdirilir. İnanırıq ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində xalq YAP-a olan etimadını bir daha nümayiş etdirəcək”.
Sakinlər qarşısında çıxış edən YAP-ın Nərimanov bələdiyyəsi üzrə namizədi Nurəli Əliyev deyib ki, artıq üçüncü dəfə keçirilən bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm rol oynayır: “Partiyaının seçki proqramında da qeyd edildiyi kimi, bu gün ölkəmizdə yaşanan yüksək iqtisadi inkişaf, insanların rifahının yüksəlməsi, Azərbaycanın hərtərəfli yeniləşməsi və müasirləşməsi, ölkəmizin regional və beynəlxalq müstəvidə əhəmiyyətinin artması dövrümüzün ən mühüm fərqləndirici xüsusiyyəti və başlıca həqiqətidir”.
Onun sözlərinə görə, məhz bu reallıqlar 2009-cu ilin bələdiyyə seçkiləri mərhələsinin ictimai-siyasi ab-havasını formalaşdırır: “Partiyamızın seçki proqramının əsas hədəfi isə bu inkişafı daha da sürətləndirmək, vətəndaşların rifah halını daha da yüksəltməkdir. Mən inanıram ki, hər zaman dövlətə və dövlətçiliyə sadiq olan Nərimanov rayonunun seçiciləri YAP-ın seçki proqramını yüksək dəyərləndirəcək və hakim partiyanın namizədlərinə səs verəcəklər. çünki YAP-ın namizədlərinin gələbəsi sayəsində bələdiyyələrin fəaliyyətində bir sıra əsaslı yeniliklər ediləcək”.
YAP-ın Nərimanov bələdiyyəsi üzrə namizədi Firdovsi İbadov bələdiyyələrin ölkənin sosial həyatında vacib rol oynadığını bildirib. Onun sözlərinə görə, zaman keçdikcə bu təsisatın cəmiyyətdəki rolu artır: “Bunu nəzərə alan YAP bu seçkilərə zəngin seçki proqramı ilə gedir. Mən proqramda öz əksini tapan “Quruculuq və abadlıq işləri” bölməsini xüsusi olaraq qeyd etmək istəyirəm. Həmin bölməyə əsasən, yeni bələdiyyələr öz fəaliyyətlərini eyni zamanda əhalinin mədəni istirahətinə xidmət edən yeni parkların, yaşıllıq sahələrinin və digər obyektlərin yaradılması, yolların, səkilərin daş və asfalt örtüklərinin mühafizə edilməsi və genişləndirilməsi, uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi təyinatlı əyləncə mərkəzlərinin yaradılması, həmçinin, “təmiz məhəllə” və “təmiz küçə” aylıqlarının keçirilməsi ənənəsinin hərtərəfli yayılması istiqamətində quracaqlar. Əminəm ki, xalqımız bütün bu sadalananları nəzərə alaraq YAP-ın namizədlərinə səs verəcək”.
YAP-ın Nərimanov bələdiyyəsi üzrə namizədi Ziyafət Bayramova bildirib ki, artıq bələdiyyə idarəçiliyi sistemində kifayət qədər irəliləyiş var və müəyyən təcrübə toplanılıb: “Bələdiyyələrin hüquqi bazası möhkəmlənib, nüfuzu artıb, əhalinin yerli özünüidarəetmə orqanlarına inamı çoxalıb. İnamla deyə bilərik ki, görülən işlərdə YAP-ın rolu xüsusilə diqqət çəkir. Həmin uğurların davam etməsi üçün isə sizlər dekabrın 23-də seçki məntəqələrinə gələrək YAP-ın namizədlərinə səs verməlisiniz”.
Z.Bayramovanın sözlərinə görə, hazırda gənclər cəmiyyətimizin ən aktiv üzvləridir: “Bu gün dövlətimizin yaratdığı əlverişli şərait nəticəsində gənclərimiz yüksək səviyyədə təhsil alır və əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək üçün onların qarşısında daha geniş imkanlar açılmalıdır. Bunu nəzərə alan YAP bələdiyyə seçkilərində gənclərin və qadınların namizədlik əmsalının artırılmasına üstünlük verib”.
Natiq, eyni zamanda, seçkilərdə qadınların da fəal şəkildə iştirak etdiyini deyib. Onun sözlərinə görə, insanların sosial problemlərini qadınlarımız hamıdan yaxşı duyur və dərk edir.
Görüşdə çıxış edən sakinlər dekabrın 23-də seçki məntəqələrinə gedərək hakim partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

