Ağalar Vəliyevlə görüşdə seçicilər YAP-ın namizədinə böyük inam ifadə ediblər
30.01.2020 [09:48]
Yeni Azərbaycan Partiyasının (YAP) 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədi Ağalar Vəliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini uğurla davam etdirir. Deputatlığa namizədin növbəti görüşü Tərtər rayonunun Borsunlu, Sarov və Bəyimsarov kəndlərinin seçiciləri ilə keçirilib.
A.Vəliyevin seçicilərlə əvvəlki görüşləri kimi, budəfəki görüşü də izdihamlı keçib. Görüşə Borsunlu, Sarov və Bəyimsarov kəndlərinin çoxsaylı seçiciləri qatılıblar. Tədbiri YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açıb. R.Şabanov çıxışında əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qoyduğu Yeni Azərbaycan Partiyasının müstəqil respublikamızın hərtərəfli inkişafında, dövlətçiliyimizin möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb. “Bu gün Azərbaycan cəmiyyətində ölkəmizdə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasına böyük inam var. Bu inam da YAP-ın qələbələr partiyası olmasını təmin edir. Təsadüfi deyil ki, respublikamızda keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri rəqiblərini böyük üstünlüklə qabaqlayırlar”, - deyə R.Şabanov bildirib.
R.Şabanov çıxışında Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə də YAP-ın qələbələr seriyasını davam etdirəcəyinə əminliyini bildirib. O, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ağalar Vəliyevin bundan əvvəl millət vəkili olduğu dönəmdə seçicilər ilə səmərəli və işgüzar görüşlər keçirdiyini, onların qaldırdıqları problemlərin həllinə köməklik göstərdiyini diqqətə çatdırıb. R.Şabanov çıxışının sonunda seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədi Ağalar Vəliyevi dəstəkləməyə çağırıb.
Görüşdə seçicilərini səmimiyyətlə salamlayan YAP-ın deputatlığa namizədi Ağalar Vəliyev fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin demokratiya yolunda mühüm addım olduğunu vurğulayıb. Deputatlığa namizəd seçicilərin bu dəfə də doğru seçim edəcəklərinə əminliyini bildirib. “Son 16 ildə Azərbaycan partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlərə imza atıb. Belə ki, ölkəmiz iqtisadi müstəqilliyini tam təmin edib, güclü maliyyə təminatına malik ölkəyə çevrilib. Respublikamızda dayanıqlı iqtisadi inkişafa adekvat olaraq dərinməzmunlu sosial siyasət həyata keçirilir. Aparılan sosial məzmunlu islahatlar sayəsində insanların həyat şəraiti yaxşılaşıb, gəlir imkanları əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın ən böyük uğurlarından biri ölkədəki davamlı sabitlik və iqtidar-xalq həmrəyliyidir. Aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan aldığı kimi, xalq da YAP-a həmişə böyük dəstək nümayiş etdirib. Əminəm ki, seçicilər fevralın 9-da da bu ənənələrinə sadiq qalaraq inkişafa, rifaha səs verəcəklər”, - deyə A.Vəliyev vurğulayıb.
Tədbirdə Bəyimsarov kəndindən Bəhmən Bayramov, Təvəkkül Həsənov, Borsunlu kəndindən Vaqif Qədimov, Sarov kəndindən Yusif Paşayev, Niyaz Allahverdiyev və başqaları söz alaraq qarşıdan gələn seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

