Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə görüşlərini uğurla davam etdirir
04.02.2020 [09:54]
Yeni Azərbaycan Partiyasının (YAP) 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü 5-ci mkr. Cavadxan küçəsi 3005-ci məhəllə ünvanında yerləşən Cavadxan parkında keçirib.
Görüşdə deputatlığa namizəd Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.
Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu deyən Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Budəfəki parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizəd həmçinin YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.
Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. Partiyamız, sadəcə, vəd vermir, təqdim etdiyi seçki proqramını layiqincə yerinə yetirir.
Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır.
M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Eyni zamanda, görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli ilə bağlı fikirlərini bildiriblər. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

