Səməd Seyidov Qazax şəhərində seçicilərlə izdihamlı görüş keçirib
07.02.2020 [10:01]
Yeni Azərbaycan Partiyasının (YAP) 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Səməd Seyidovun təbliğat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində Səməd Seyidovun Qazax şəhərində Qarabağ əlilləri və şəhid ailələrinin üzvləri yaşayış binalarının həyətində görüşləri baş tutub. Bununla yanaşı, YAP-ın deputatlığa namizədi Qazax şəhər mədəniyyət mərkəzində seçicilərlə izdihamlı görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib. Natiq ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin bölgələrdə də hiss olunduğunu önə çəkib. Qazax rayonunun timsalında da görülən işlərin yüksək səviyyədə olduğunu bildirən H.Pənahov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərinin davamlı olacağına əminliyini ifadə edib.
Çıxış edən S.Seyidovun vəkili Firdovsi Umudov bildirib ki, xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partiyanın irəli sürdüyü namizədlərə etimad göstərir. F.Umudov Qazax seçicilərinin daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verəcəklərinə əminliyini ifadə edib.
Görüşlərdə çıxış edən Səməd Seyidov respublikamızın bütün rayonlarında olduğu kimi, Qazaxda da sistemli islahatlar həyata keçirildiyini önə çəkib. Qeyd edilib ki, ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb: “Xalqımız dəyişiklikləri, sosial vəziyyətin yüksəlməsini öz həyatında hiss edir. Bu gün Azərbaycan yüksək inkişaf yolundadır və bu yolun davamlı olması üçün seçicilər möhtərəm Prezidentimizin Sədri olduğu YAP-ın namizədlərinə səs verəcəklər”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50

