/ / Ramiz Şabanov: Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilib və birləşdirici rol oynayır
Ramiz Şabanov: Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilib və birləşdirici rol oynayır
09.07.2020 [09:26]
“COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi beynəlxalq miqyasda Azərbaycanın siyasi çəkisinin daha da artmasından xəbər verir. Pandemiya ilə mübarizədə dünya dövlətlərinin səylərinin birləşdirilməsinə, qüvvələrin səfərbər olunmasına, özünütəcrid hallarının aradan qaldırılmasına hesablanan belə səmərəli təkliflə yalnız Azərbaycan kimi özünə güvənən güclü dövlət çıxış edə bilər”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədrı Ramiz Şabanov bildirib.
Rayon təşkilatının sədri vurğulayıb ki, dünyada pandemiyanın başlandığı gündən etibarən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həm regional, həm də qlobal səviyyədə bu bəşəri bəlaya qarşı səmərəli mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə əks etdirən təşəbbüslər irəli sürülür və əməli addımlar atılır: “Məhz Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Türk Şurasının, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə mövzusuna həsr olunan Zirvə görüşləri keçirilib. Pandemiya şəraitində belə qlobal səciyyə daşıyan tədbirlərin keçirilməsi Azərbaycanın dövlət başçısının liderlik keyfiyyətlərini bir daha təsdiqləyir. Tam məsuliyyətlə qeyd edə bilərik ki, digər sahələrdə olduğu kimi, pandemiya ilə mübarizədə də ölkəmiz dünyada özünə məxsus imic formalaşdırmağa nail olub. Bu reallıqdır. Azərbaycanın pandemiya ilə mübarizədə unikal təcrübəsi dünya dövlətləri tərəfindən bəyənilir. Eləcə də, ölkəmizdə pandemiya şəraitində reallaşdırılan sosial-iqtisadi dəstək proqramları beynəlxalq miqyasda böyük maraqla izlənilir”.
“Biz fəxrlə deyə bilərik ki, BMT üzvü olan 130 dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq aləm tərəfindən ölkəmizə olan etimad və hörmətin göstəricisidir. Çox təəssüflə qeyd etməliyəm ki, bütün dünyada müsbət əks-səda doğuran bu təşəbbüsə qarşı çıxan yenə də öz şər xisləti ilə yaşayan Ermənistan dövləti oldu”, - deyə o vurğulayıb.
Ramiz Şabanov əminliyini ifadə edərək bildirib ki, BMT Baş Assambleyasının keçirilməsi nəzərdə tutulan xüsusi sessiyası pandemiyanın qarşısına sipər çəkilməsində beynəlxalq ictimaiyyətin tam səfərbər olunmasına şərait yaradacaq və bu bəşəri bəlaya qarşı qlobal cavabın tapılmasına öz töhfəsini verəcək. Dövlət başçımızın rəhbərliyi ilə aparılan siyasətin xalqımıza başucalığı yaşatdığını bildirən Ramiz Şabanov əlavə edib: “Prezidenti İlham Əliyev beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan ərazisinə və əhalisinin sayına görə kiçik ölkə olsa da, dövlətimizin siyasi iradəsi çox güclüdür, xalqımız böyük xalqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilib və birləşdirici rol oynayır”.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

