/ / Sədaqət Şahi: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır
Sədaqət Şahi: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır
14.08.2020 [11:44]
“Dünyanı bürüyən yeni koronavirus infeksiyası ölkələri kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyub. Bir çox inkişaf etmiş dövlətlərdə pandemiya qurbanlarının sayı yüz minlərlədir, səhiyyə sistemi çökmüş vəziyyətdədir. Ciddi sınaq qarşısında qalan hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə vəziyyətdən çıxış yolları axtarmaqdadır. Azərbaycanda bu istiqamətdə böyük işlər görülür. Dünyada mövcud olan belə bir ağır dövrdə ölkəmiz bu çətin imtahandan uğurla çıxmaqdadır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Surxanı rayon təşkilatının Qadınlar Şurasının üzvü Sədaqət Şahi deyib.
S.Şahinin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Dövlət başçısının bu siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının həyata keçirilməsinə şərait yaradır”.
O deyib ki, dövlət başçısı İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial iqtisadi vəziyyət ilə bağlı videokonfrans formatında avqustun 6-da keçirilən müşavirədə koronavirusa qarşı mübarizə işində müsbət dinamikanın əldə olunduğunu vurğulayıb: “Azərbaycan Prezidenti onu da diqqətə çatdırıb ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. İyulun 16-dan bu günə qədər müşahidə olunan müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər məhz vaxtında düzgün atılmış addımların məntiqi nəticəsidir”.
“Cənab Prezident müşavirədə əmin olduğunu bildirib ki, biz postpandemiya dövrü üçün nəzərdə tutulan məqsədlərə yüksək səviyyədə nail olacağıq. Koronavirusla mübarizə çərçivəsində Azərbaycan dövlətinin əsas vəzifəsi xəstəliyin yayılmasının qarşısını almaqdır. Ölkə vətəndaşları da bu işə töhfə verməlidir. Əgər qəbul olunan qaydalara əməl etsək, tibbi göstərişlərə düzgün riayət etsək, özümüzün və ətrafdakıların sağlamlığını düşünsək, pandemiya ilə mübarizədə qalib gələ bilərik. Mən təcrübəli səhiyyə işçisi kimi vətəndaşlarımızı dövlət tərəfindən keçirilən tədbirlərə yaxından dəstək olmağa, xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıram”, - deyə S.Şahi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

