Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı
03.12.2020 [10:12]
Biz ideologiya, məfkurə, əqidə, məslək dedikdə, bu ifadələri müstəqil dövlətçiliyə əsaslanan, xalqın tarixinin süzgəcindən keçib gələn, milli-mənəvi dəyərlərini, milli-əxlaqi xüsusiyyətlərini, adət və ənənələrini, dilini, dinini özündə cəmləşdirən maddi, əqli, mənəvi və ruhu dəyərlərin məcmusu kimi başa düşürük.
Bu bir tarixi faktdır ki, Azərbaycanda Səfəvilər dövləti süqut etdikdən sonra (Nadir Şahın qurduğu Əfşarlar dövlətini nəzərə almasaq), 1736-cı ildən bu yana, indi Araz çayının ayırdığı tarixi Azərbaycan torpaqlarında vahid dövlət olmadığı üçün ümumi ideologiya da olmayıb. Azərbaycanın tarixinin xanlıqlar dövründə isə, ümumi ideologiyadan söhbət gedə bilməzdi. 1828-ci ildə Azərbaycanın iki yerə bölünməsi vahid ideologiyanın mövcudluğuna imkan vermədi.
XIX əsrin ikinci yarısından sonra keçmiş çar Rusiyası tərkibində mövcud olan Şimali Azərbaycanda yeni milli, maarifçi ziyalıların formalaşmasına şərait yarandı. Belə ki, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, sonralar isə Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir və digər görkəmli ziyalılarımızın fikir və düşüncələrində milli ideologiyanın işartıları hiss olunmağa başladı. Bu fikir və düşüncələr Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əsas ideya və baxışlarını təşkil edirdi. Lakin AXC-nin ömrünün az olması yeni qurulmuş dövlətin ideologiyasının formalaşmasına imkan vermədi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 70 il kommunist ideologiyası altında yaşamağa, formalaşmağa, tərbiyə almağa məhkum edildik. Lakin tarix sübut edir ki, insanlara zorla qəbul edilən ideologiya uzunömürlü ola bilməz.
Azərbaycanda vahid ideologiyanın formalaşması ölkəmiz öz müstəqilliyini bərpa etdikdən və Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə gəldiyi dövrdən başlayır. Bu ideologiya azərbaycançılıq məfkurəsi idi. Əslində bu ideologiyanın əsasları Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dövrdə müəyyənləşdirilmişdi. Belə ki, 70-ci illərdən başlayaraq həyata keçirilən uzaqgörən və düşünülmüş tədbirlərlə, əslində, gələcək müstəqil Azərbaycan dövlətinin ideoloji əsasları yaradılırdı. Azərbaycan dilinin konstitusiyaya dövlət dili kimi daxil edilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, milli kadrların irəli çəkilərək, məsul vəzifələrə təyin edilməsi və s. deyilənlərin sübutu idi.
1993-cü ilin iyun ayında Ümummilli Lider müstəqil Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan dövləti özünün ən çətin və mürəkkəb anlarını yaşayırdı. Əslində, gənc Azərbaycan dövlətinin varlığı təhlükə altında idi. Azərbaycanı təhlükəyə sürükləyən amillərdən biri də ölkənin vahid ideologiyasının olmaması və ərazi bütovlüyünün işğalçı Ermənistan tərəfindən pozulması idi. 1993-cü il Dağlıq Qarabağ probleminin ən gərgin dövrü idi. Torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.
Böyük istedada, dərin zəkaya, müdrikliyə və uzaqgörənliyə malik bu fenomenal şəxsiyyətin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də məhz azərbaycançılıq məfkurəsini Azərbaycanda və dünyada yaşayan 50 milyondan çox azərbaycanlının, eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqların ümumi məfkurəsinə çevirmək bacarığı idi. Ulu Öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində Öz misilsiz fəaliyyəti, əməli işləri ilə azərbaycançılığı bütün dünya azərbaycanlılarının ümummilli məfkurəsinə çevirə bildi və əgər bir cümlə ilə ifadə etsək: Ümummilli Lider Heydər Əliyevin ideya, nəzəri irsinin və fəaliyyətinin ana xəttini azərbaycançılıq məfkurəsi təşkil edir. Ümummilli Liderin formalaşdırdığı azərbaycançılıq məfkurəsinin ana xəttini də ərazi bütövlüyümüzün bərpası təşkil edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçiləndə artıq 10 ildən çox idi ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon düşmən tapdağında idi. Gənc Prezident bu ümummilli problemi həll etməli idi. 2003-cü ildən keçən 17 ildə ermənilər, dünya erməniliyi, onların havadarları, problemin həllində səlahiyyətli olan ATƏT-in Minsk qrupunun həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurası və TŞ-nin 3 daimi üzvü ABŞ, Rusiya və Fransa kimi dövlətlər Dağlıq Qarabağ probleminin həllinə nail ola bilmədilər.
Qeyri-konstruktiv mövqeyi ilə mövcud status-kvonu uzatmaqla məşğul olan düşmən bu müddət ərzində işğal olmuş rayonları xarabazara çevirdi, bütün tarixi, mədəni, dini abidələrimizi yerlə yeksan etdi. Bu yerlərdə öz qondarma tarixlərini yaratmağa cəhd etdilər. Hətta yer adlarını eybəcər adlarla dəyişdirdilər, özləri üçün saxta xəritələr düzəltdilər.
2003-cü ildə prezident seçkiləri ərəfəsində Prezident seçiləcəyi təqdirdə Heydər Əliyev ideyalarına sadiq qalacağını bəyan edən cənab İlham Əliyev bütün istiqamətlərdə olduğu kimi, əsas məfkurəmiz olan azərbaycançılıq ideologiyasını da daim inkişaf etdirmək, zənginləşdirmək və ona yeni çalarlar əlavə etməkdədir.
Qarabağ uğrunda mübarizəni Özünün məfkurə mübarizəsi hesab edən Ali Baş Komandan bu mübarizədə qalib gələcəyinə əmin idi. Lakin bu qələbənin əldə edilməsi üçün zamana ehtiyacı vardı. Prezident İlham Əliyev bu müddət ərzində ölkənin iqtisadiyyatını möhkəmləndirmək, ordu quruculuğunu yüksək səviyyədə həyata keçirmək, ölkənin beynəlxalq nüfuzunu artırmaq və dünyada söz sahibinə çevirmək, Azərbaycanın haqq işini, ədalət mübarizəsini dünya ictimaiyyətinə çatdırmaq və Azərbaycanın haqlı olduğuna inandırmaq, bu problemin hüquqi əsaslarını hazırlamaq və beynəlxalq səviyyədə onun qəbul edilməsinə nail olmaq yönündə böyük işlər gördü. Eyni zamanda, cəmiyyəti, hər bir Azərbaycan vətəndaşını, dünyada yaşayan hər bir azərbaycanlını bu mübarizəyə kökləmək və səfərbər etmək vacib idi. Ölkədə xalq-ordu və xalq-iqtidar birliyinə, milli-siyasi həmrəyliyə nail olmaq üçün çox iş görmək lazım idi. Bütün bunlar üçün cənab İlham Əliyevə 17 illik vaxt lazım oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycançılıq məfkurəsi kontekstində bir Qarabağ məfkurəsi formalaşdırırdı. 2020-ci il sentyabrın 27-də dünyada və Azərbaycanda heç kəsin ağlına belə gəlməyən müqəddəs bir hadisə baş verdi. Ali Baş Komandan İlham Əliyev Ermənistanın növbəti təxribatına qarşı bütün cəbhəboyu əks-hücum əmri verdi. Cənab İlham Əliyev Qarabağ məfkurəsini təkcə bir partiyanın, bir qrupun deyil bütöv bir millətin ideologiyasına çevirə bildi. Sentyabrın 27-də əsgərindən generalınadək, uşaqdan-böyüyədək, hamı bir nəfər kimi Azərbaycanda hər kəs Qarabağlı oldu. Ən böyük Qarabağlı isə Ali Baş Komandan, Prezident İlham Əliyev idi. Hər kəs Qarabağ məfkurəsi uğrunda, mübarizəyə qoşulmuşdu. Hər kəsin ürəyi Qarabağla döyünürdü, hər bir azərbaycanlının nəbzi Qarabağla vururdu. Səfərbərlik idarələrinin qarşısında cəbhəyə yollanmaq üçün könüllülər növbəyə dayanmışdı. Hamı bu günü gözləyirmiş. Şairin şeirinin misrasından əsgər çəkmələrinin səsi, musiqiçilərimizin nəğmələrindən avtomat gülləsinin ritmi eşidilirdi. Bir sözlə, bütün Azərbaycan və azərbaycanlılar, başda Qarabağ məfkurəsinin yaradıcısı, Ali Baş Komandan İlham Əliyev olmaqla, nəfəsini Qarabağla alırdı.
Hər gün yeni tarix yazılırdı. 44 gün ərzində bu məfkurə uğrunda mübarizəyə 30 illik bir tarix sığdı. Kəndlər, şəhərlər bir-bir azad edildikcə, hər bir azərbaycanlıda yeni bir ovqat, yeni bir istək, yeni bir arzu yaranırdı. Azərbaycan vətəndaşının ürəyi köksünə sığışmırdı.
44 günlük müharibə artıq arxada qalıb. İndi şahidlərimiz şəhidlərimizin, qazilərimizin, fədailərimizin igidliyindən, qəhrəmanlığından, ölməzliyindən danışdıqca, bu qələbənin necə başa gəldiyini dərk etməyə başlayırıq. Bu günlərdə sosial şəbəkələrdə bir xəbər paylaşılmışdı. Həmin sətirləri oxuduqca, düşünürdüm ki, bax, budur Qarabağ məfkurəsi uğrunda mübarizənin təcəssümü. O sətirləri oxuduqca, insanın qanı donurdu. Çünki orada bu müharibədə canlı olaraq gördüklərimiz sadalanırdı: öz oğlunun tabutu qabağında oynayan ana, öz nişanlısının ölümündən sonra intihar edən qız, öz ərinin cənazəsini çiynində daşıyan qadın, öz qızının bağırsaqlarını hönkürə-hönkürə yerdən yığan ata, öz oğlunun qəbrinə girib “oğlumla yatmaq istəyirəm” deyən ana, qolu olmaya-olmaya “mən Vətən üçün heç nə edə bilmədim” deyən qəhrəman, ürəyində qəlpə ola-ola “canım qurban bu Vətənə” deyən əsgər, əsgərinə “bu mənim qardaşımdır” deyən general, can verəndə “qızım üçün darıxıram” deyən əsgər, öz uşaqlarının corablarını cibində gəzdirib döyüşə girəndə onları öpən əsgər, oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana, özü can versə də, Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər, “siz evlisiz, mənsə subay” deyərək erməni generalını öldürüb, zabit heyətini ölümdən qurtararaq Polad Həşimovun qisasını alan əsgər, “ASAN” xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca kişi, “sən idmanla məşğul olmusan, canavar kimi öldür onları məhv et” deyə nəvəsinə ruh verən nənə, döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçiləri ilə dalaşan oğullar, bir gündə iki oğlunun cənazəsini torpağa tapşıran ata, öz döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atan Azərbaycan Əsgəri...
Ən nəhayət, bu 44 gündə yumruq kimi birləşmiş 50 milyon azərbaycanlının, başda Türkiyə olmaqla, qardaş ölkələrin Azərbaycana birmənalı dəstəyini gördük.
Bu mənzərələr 17 ildə Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı Qarabağ uğrunda mübarizə məfkurəsinin nəticəsi idi. Qarabağ qələbəsi Ali Baş Komandanın Azərbaycan dövləti, dövlətçiliyi və xalqı üçün gördüyü işlərin zirvəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev son 30 illik Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı. Tariximizə Qalib Sərkərdə və Dövlət Başçısı kimi daxil oldu və bu misilsiz Qələbə ilə əbədiyyət qazandı. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Ramiz Göyüşov
YAP Binəqədi rayon
təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

