Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Göygöl rayon təşkilatının Gənclər Birliyi 2 Fevral – Gənclər Günü münasibətilə videokonfrans keçirib

YAP Göygöl rayon təşkilatının Gənclər Birliyi 2 Fevral – Gənclər Günü münasibətilə videokonfrans keçirib

02.02.2021 [17:28]

Yeni Azərbaycan Partiyasının (YAP) Göygöl rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 2 Fevral – Gənclər Günü ilə bağlı videokonfrans keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Aygün Həsənova deyib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti uğurlu  nəticələr verməkdədir. Bu siyasət hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

A.Həsənova bildirib ki, Azərbaycan gəncliyi gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs verib. A.Həsənova rayonun gəncləri adından dövlət başçısı İlham Əliyevə təşəkkür edib, bir gənc kimi Azərbaycan Prezidenti ilə qürur duyduğunu qeyd edib.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova çıxışında Azərbaycan gənclərinin ümummilli məsələlərdə dövlətimizin yanında olduqlarını bildirib.

K.İbrahimova, həmçinin 2020-ci ilin Azərbaycan xalqı üçün uğurlu il olduğunu qeyd edib: "2020-ci il Azərbaycan tarixində böyük qələbə kimi yazılacaq. Azərbaycan gəncliyini təmsil edən şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız düşmən üzərində qalibiyyət əldə etməklə xalqımıza böyük qürur yaşatdılar".

Daha sonra çıxış edən Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Fərid Dünyamalıyev Gənclər Günü münasibətilə gəncləri təbrik edərək, Vətən müharibəsində əldə etdiyimiz qələbədə gənclərimizin rolundan bəhs ediblər.

Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31