Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qubadlı rayon təşkilatının nümayəndələri Milli Qəhrəman Şükür Həmidovun məzarını ziyarət ediblər

YAP Qubadlı rayon təşkilatının nümayəndələri Milli Qəhrəman Şükür Həmidovun məzarını ziyarət ediblər

06.04.2021 [08:53]

Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun ad günü ilə əlaqədar tədbir keçirilib. Milli Qəhrəmanın ailəsi ilə birgə 2-ci Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub və gül dəstələri qoyulub.
Ziyarət zamanı çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində yaratdığı qəhrəmanlıq salnaməsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun döyüş yolundan söhbət açan A.Haxverdiyev bildirib ki, 2016-cı ilin Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərən Ş.Həmidov 2020-ci ilin Vətən müharibəsində də şücaətlə döyüşüb. Onun qəhrəmanlığının hər bir Azərbaycan gənci üçün örnək olduğu diqqətə çatdırılıb.
Milli Qəhrəman Şükür Həmidovun ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkür ediblər.
PƏRVİZ

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30