Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Teymur Mahal oğlu Həsənovun məzarını ziyarət ediblər

YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Teymur Mahal oğlu Həsənovun məzarını ziyarət ediblər

10.04.2021 [09:19]

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Həsənov Teymur Mahal oğlunun ad günü məzarı önündə qeyd olunub. Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, millət vəkili, Məlahət İbrahimqızı, rayon təşkilatının bir qrup fəal üzvü və şəhidin yaxınları iştirak ediblər. Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Məlahət İbrahimqızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və qısa vaxtda tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimizin rəşadətindən, Teymur kimi şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb, onların xatirəsinin heç vaxt unudulmayacağını bildirib.

O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, həmçinin qazi və müharibə veteranlarına olan qayğısından danışıb. Qeyd edək ki, ölümündən sonra Həsənov Teymur Mahal oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 741 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31