Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux rayon təşkilatında “Nizami Gəncəvi ili” adlı tədbir keçirilib

YAP Samux rayon təşkilatında “Nizami Gəncəvi ili” adlı tədbir keçirilib

21.04.2021 [09:04]

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Nizami Gəncəvi İli” adlı videokonfrans keçirilib. Rayon təşkilatının sədri Gündüz Bayramov tədbiri açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini bütün xalqımız kimi Samux rayonu ictimaiyyəti də yüksək qiymətləndirir. Bu, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Nizami Gəncəvinin həyatı və yaradıcılığının mükəmməl şəkildə öyrənilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Qeyd olunub ki, 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Tədbirdə digər çıxış edənlər bu ilin “Nizami Gəncəvi İli” elan olunmasının azərbaycançılığa, ölkəmizin tarixinə və mədəniyyətinə ehtiramın təzahürü olduğunu vurğulayıblar. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin mühüm tərkib hissəsidir. Məhz Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirilib. Bu siyasətin məntiqi davamıdır ki, bu gün də ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31