YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
29.07.2021 [08:44]
İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans başa çatdıqdan sonra hər iki partiya rəsmisinin birgə səfərin yekunlarına dair mətbuat konfransı keçirilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov səfərin yekunları barədə məlumat verərək deyib: “Səfər Bakıda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevlə görüşlə başlayıb. Görüş zamanı bölgədə yaranmış yeni vəziyyətə uyğun olaraq qarşılıqlı əməkdaşlığın perspektivləri, gözlənilən nəticələr və partiya rəhbərliyi tərəfindən bu istiqamətdə atılacaq addımlar barədə məlumat verilib. Sonra nümayəndə heyəti Milli Məclisdə olub, YAP rəhbərliyi ilə görüşlər keçirib və bundan sonra atılacaq addımlar barədə səmərəli fikir mübadiləsi aparılıb. Sonra səfər Gəncə şəhərində iki partiyanın birgə keçirilən “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfransı ilə yekunlaşıb”.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş səfər ərzində göstərilən qonaqpərvərliyə və diqqətə görə təşəkkür edib. O, Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafı və bu istiqamətdə partiyalar tərəfindən göstəriləcək dəstək haqqında danışarkən bildirib ki, bundan sonra da qarşılıqlı əlaqələrin siyasi partiyalar tərəfindən rəsmi qurumlar arasında daha da möhkəmləndirilməsi üçün əllərindən gələn köməyi əsirgəməyəcəklər. “Başda cənab Prezident İlham Əliyev olmaqla göstərilən diqqətə və qonaqpərvərliyə görə Milli Məclisin üzvlərinə, YAP rəhbərliyinə təşəkkür edirik. “Şuşa Bəyannaməsi” ilə bağlı keçirilən bu konfrans da qardaş ölkələrimiz arasında gələcək əməkdaşlıqların və əlaqələrin yeni müstəvidə inkişafına zəmin yaratdı”, - deyə N.Kurtulmuş vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

