YAP xalq, Vətən üçün önəmli işlər görür
23.10.2010 [11:06]
16 saylı Yasamal ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Abel Məhərrəmov Mətbuat prospekti 570, məhəllə 56-64-də yaşayan seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə namizədin vəkili kimi çıxış edən professor İzzət Rüstəmov vurğulayıb ki, seçicilərin belə aktivliyi Azərbaycanın dinamik iqtisadi inkişafının flaqmanı olan Yeni Azərbaycan Partiyasına, onun namizədi AMEA-nın həqiqi üzvü, BDU-nun rektoru, Əməkdar elm xadimi, millət vəkili Abel Məhərrəmova olan inam, etimad və etibardır. ötən seçkilərdə olduğu kimi, bu siyasi kampaniyaya da qələbə əzmi ilə başlayan YAP-ın cəmiyyətdə qazandığı nüfuzu kimi, üzvlərinin də sayı artmaqdadır.
Namizədin vəkili bildirib ki, ölkə miqyasında, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında davam etdirilən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin parametrlərində öz əksini tapan bu dinamika, təhsil sistemində daha çox hiss olunur.
Vurğulanıb ki, millət vəkili kimi öhdəsinə düşən məsuliyyəti Azərbaycan təhsilinin incisi olan, rəhbərlik etdiyi universitetdə elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqinə nail olmaqla, insanların ona ünvanladığı arzu və istəklərini yerinə yetirməklə təsdiqləyən akademikin “Təhsil haqqında” Qanunun qəbulunda göstərdiyi fədakarlıq, işgüzarlıq, verdiyi səmərəli təkliflər onun ziyalı kimi xalq qarşısında daşıdığı məsuliyyət hissinin göstəricisidir. Abel müəllimin adı cəfakeş pedaqoq kimi təhsil fədailərinin sırasında çəkilir. Buna görə də, insanların xeyirxah, humanist əməllər sahibi Abel müəllimə inamı böyükdür.
Namizədin digər vəkili, professor Məsumə Məlikova çıxışında vurğulayıb ki, son beş ildə seçiciləri ilə daim ünsiyyətdə olan, insanları düşündürən təkliflərin yerinə yetirilməsi üçün səylə çalışan Abel müəllim millət vəkili adını həqiqi mənada doğruldur.
Tələbələrini övladı kimi sevib, onlara qayğı göstərən Abel müəllim humanist olduğu qədər də tələbkar və məsuliyyətlidir. Bu keyfiyyətlər onun deputatlıq fəaliyyətində də hiss olunur. Buna görədir ki, seçiciləri onu qarşıdakı beş ildə də millət vəkili görmək istəyir. El hörmətini, məhəbbətini qazanmaq hər adama nəsib olan xoşbəxtlik deyil. Abel müəllim ona görə xoşbəxtdir ki, əməlləri, milli və bəşəri dəyərləri özündə birləşdirən keyfiyyətləri ilə seçilir və sevilir.
Namizədin digər vəkili, akademik Vasim Məmmədəliyev bildirib ki, YAP-nın namizədlərinə inam böyükdür. Abel müəllimə olan seçici etimadı görüşlərdə xüsusilə hiss olunur. Abel Məhərrəmovun fəaliyyəti çoxşaxəlidir. Millət vəkili kimi parlamentdə müxtəlif sahələri əhatə edən qanunların müzakirəsində fəallıq göstərən, faydalı təkliflər irəli sürən, təşkilatçılığı ilə fərqlənən akademikin elmi nailiyyəti də çoxdur. Yaratdığı kimyaçılar məktəbinin 30-dan artıq elmlər doktoru və namizədini, elmi təcrübələrinin bəhrəsi olan 47 dərs vəsaitini və 850-dən artıq elmi məqaləni alim əməyinin bəhrəsi kimi göstərmək olar.
Seçicilər adından çıxış edənlər 7 noyabrda Abel Məhərrəmova səs verməklə ölkəmizi dünyada tanıdan Prezident, YAP-nın Sədri İlham Əliyevlə həmrəyliklərini növbəti dəfə təsdiqləyəcəklərini, daha qüdrətli Azərbaycan naminə birlik nümayiş etdirəcəklərini bildiriblər.
YAP-nın namizədi Abel Məhərrəmovun ötən beş ildə gördüyü işləri əhatə edən hesabat xarakterli çıxışı maraqla dinlənilib. Namizəd kimi seçicilərinə ürək sözlərini çatdıran akademik bildirib ki, ona etimad göstərən hər seçicinin ürəyindəki arzu və istəklər onun platformasını tamamlayacaq: “Fəaliyyət prinsipimi təmsil etdiyim YAP-ın inkişafa səsləyən “Güclü dövlət-yüksək rifah” çağırışına uyğun müəyyənləşdirəcəyəm. Hər bir təklifi, xalqın maraqlarını əks etdirən, insanlıq naminə edilən məsləhətləri gündəlik iş prinsipi kimi diqqətdə saxlayacağam. Daim sizinlə olacaq, insanların sosial müdafiəsinin təminatına yönəldilmiş islahatların aparılmasına çalışacağam”.
Sonda YAP-nın namizədi Abel Məhərrəmov seçicilərlə söhbət edib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMaraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

