Saatlı rayonunun seçiciləri akademik Cəlal Əliyevdən başqa heç bir namizədə etimad göstərmirlər
29.10.2010 [09:17]
Yeni Azərbaycan Partiyasının (YAP) 62 saylı Saatlı seçki dairəsi üzrə namizədi Cəlal Əliyevin vəkilləri və səlahiyyətli nümayəndələri dünən növbəti görüşlərini keçiriblər. Saatlı rayonunun Qaranuru və Fətəlikənd kəndlərində baş tutan görüşlərdə ilk olaraq, çıxış edən YAP-ın Saatlı rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Lütvəli Şıxəliyev təmsil etdiyi partiyanın seçkilərlə bağlı gördüyü işlərdən danışıb, partiyamızın fəaliyyətinin bütün xalqımız tərəfindən razılıqla qarşılandığını vurğulayıb. Onun sözlərinə görə, ümumxalq partiyası adını əməli fəaliyyəti ilə qazanmış Yeni Azərbaycan Partiyası hər zaman real işlərlə seçicilərin qarşısına çıxır: “Bir faktı da unutmaq olmaz ki, bu gün insanlar vədlərə inanmırlar, onlar real işləri, həyata keçirilmiş tədbirləri qiymətləndirirlər. Ona görə də, partiyamız xalqı üçün çalışan, xalqımız üçün yaradan, iş görən, dövlətçiliyimiz qarşısında böyük xidmətləri olan insanların bu seçkilərdə millət vəkilliyinə namizədliyini irəli sürüb. Partiyamızın 62 saylı Saatlı seçki dairəsi üzrə namizədi Cəlal Əliyev də məhz belə insanlardandır”.
Namizədin tərcümeyi-halı və platforması haqqında geniş məlumat verən rayon təşkilatının sədri vurğulayıb ki, Cəlal Əliyevin geniş təbliğata ehtiyacı yoxdur. Onun layiq görüldüyü dövlət mükafatları, bir çox ölkələrin elm məbədlərində aldığı təltiflər, elmi ixtiraları, dünyada gördüyü hörmət və ehtiram Cəlal Əliyev şəxsiyyətinin böyüklüyü haqqında məlumat verir: “Cəlal müəllimin rayonumuzun inkişafındakı xidmətləri də danılmazdır. Bir çox məsələlər məhz onun təşəbbüsləri hesabına öz həllini tapıb. Ona görə də, növbəti 5 ildə də hər bir seçicimizi məhz Cəlal Əliyevə səs verməyə çağırıram”.
Sonra çıxış edən Cəlal Əliyevin vəkili akademik Fikrət Əliyev isə deyib ki, Cəlal Əliyev haqqında geniş təqdimata ehtiyac yoxdur. Onun təqdimatı xalqına xidmətləridir, xoş, nəcib əməlləridir, elmimizə verdiyi töhfələrdir. Onun sözlərinə görə, hörmətli akademikimiz Cəlal Əliyev bütün dünyada tanınan və böyük nüfuzu olan elm xadimlərimizdəndir. Bu gün onun elm sahəsindəki ixtiralarına dünya alimləri böyük hörmətlə yanaşırlar. Cəlal Əliyev öz bacarığı, zəngin araşdırmaları və elmi təcrübələri ilə bir çox mükafatlara layiq görülüb. O, biologiya elmləri doktoru, akademikdir. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rəyasət Heyətinin üzvüdür. Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir. Onun Azərbaycan elminin inkişafındakı xidmətləri müqayisəolunmazdır.
Cəlal Əliyevin vəkili professor İbrahim Əzizov isə Yeni Azərbaycan Partiyasının 62 saylı Saatlı seçki dairəsi üzrə millət vəkilliyinə namizədinin ictimai fəaliyyəti haqqında geniş məlumat verib. Onun sözlərinə görə, elm xadimi kimi böyük nailiyyətlər qazanan Cəlal Əliyev bir ziyalı kimi də ölkəmizdə ictimai sabitliyin təmin olunmasında, siyasi sahədə əldə olunan nailiyyətlərdə rol oynayıb. Milli Məclisin üzvü kimi fəaliyyətində daim xalqımızın, vətəndaşlarımızın maraqlarını, arzularını hər şeydən üstün tutub, dövlətçiliyimizə sədaqətlə xidmət edib: “Böyük ziyalı, görkəmli alim Cəlal Əliyevin ən böyük xidmətlərindən biri isə onun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaxın silahdaşlarından biri olmasıdır. Cəlal müəllim daim Ulu öndərimizə dəstək olub, ən çətin məqamlarda, taleyüklü məsələlərin həllində Onun yanında yer alıb. Bilirsiniz ki, o, müstəqilliyimizin ilk illərində, Ulu öndərin qardaşı olduğu üçün çox böyük təzyiqlərə, haqsızlıqlara məruz qalıb, amma yenə də xalqımızın bu günü üçün, dövlətimizin inkişafı üçün əlindən gələni əsirgəməyib. Onun ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasındakı xidmətləri də hamıya bəllidir. Qısacası, Cəlal müəllim təkcə bir sahənin mütəxəssisi deyil. Onun çoxspektrli fəaliyyəti geniş olmaqla bərabər, yalnız bir amala söykənib - Azərbaycan xalqına daha yaxşı xidmət etmək. Sizi əmin etmək istəyirəm ki, bu seçkilərdə də Cəlal Əliyevə səs versəniz, o, yenə də bütün seçicilərinin maraqlarını qorumaq, onların problemlərini həll etmək üçün var gücü ilə çalışacaq. Ona görə də, mən sizin hamınızı ən layiqli namizədə Cəlal Əlirza oğlu Əliyevə səs verməyə çağırıram”.
AQŞİN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03

