Lerik rayon sakinləri YAP-ın namizədini dəstəkləyəcəklərini bir daha bəyan ediblər
30.10.2010 [12:05]
Dünən Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən Milli Məclisə namizədi İqbal Nəriman oğlu Məmmədovun rayon seçiciləri ilə görüşü olub.
Görüşü giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri və partiyanın səlahiyyətli nümayəndəsi Elxan Qəmbərov ilk olaraq namizədin bu vaxta qədər seçiciləri ilə keçirdiyi görüşlərdən söhbət açıb. O, eyni zamanda, bildirib ki, YAP-ın 78 saylı Lerik seçki dairəsindən namizədi indiyə qədər rayonun ən ucqar dağ kəndlərində seçicilərlə aktiv görüşlər keçirib və təbliğat kampaniyası çərçivəsində öz platforması haqqında geniş məlumat verib.
Elxan Qəmbərov namizədin fəaliyyəti, tərcümeyi-halı haqqında da geniş məlumat verib. O, bildirib ki, İqbal Məmmədov 1965-ci ildə rayonun Rəzgöv kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin il də Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə nəinki Azərbaycanda, bütövlükdə Xəzəryanı ölkələrdə analoqu olmayan “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib. İqbal Məmmədov sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib.
Daha sonra söz namizədə verilib. Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən Milli Məclisə namizədi İqbal Məmmədov öncə ölkəmizdə aparılan abadlıq və quruculuq işlərindən, əldə olunan uğurlardan danışıb. Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatların həyata keçirilməsindən ətraflı bəhs edən İ.Məmmədov iqtisadi, siyasi, sosial, elmi və humanitar sahələrdəki mühüm tarixi hadisələrdən də bəhs edib: “ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub.
Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası ölkəmizdə yüksək inkişaf dinamikasının qeydə alınması ilə nəticələnib”.
O, bildirib ki, son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib. Bütün qazanılan bu nailiyyətlərin Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olduğunu vurğulayan İ.Məmmədov namizədliyinin məhz YAP tərəfindən irəli sürülməsinin çox böyük etimad olduğunu və seçiləcəyi təqdirdə bu etimadı doğrultmağa çalışacağını söyləyib.
Görüşün sonunda seçicilər namizədə onları maraqlandıran suallar verib və müzakirələr aparıblar.
Rayon sakinləri Həmzə Vəlməmmədov, Gültəkin Şıxəliyeva, Hidayət Bəşirov öz çıxışlarında ölkəmizin inkişafına töhfə verən siyasi partiya kimi YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər. Onlar bütün rayon sakinlərini də həmişə olduğu kimi, bu dəfə də sadiq olduqları partiyanı - Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi YAP-ı dəstəkləməyə çağırıblar.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09

