İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır
21.07.2022 [10:31]
Bu gün biz Azərbaycan xalqı olaraq düşmən tapdağından torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayırıq. 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz işğalçı Ermənistanın ordusunu diz çökdürdü. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa daxil olmaqla, ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi erməni işğalından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq ötən ayın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın boşaldılaraq Silahlı Qüvvələrimizə təhvil verilibdi. Bununla da işğala son qoyularaq ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırdı. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsidir. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd isə yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonra vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş Dövlət proqramlarını uğurla həyata keçirəcək. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir. Dövlət başçısının, demək olar ki, bütün çıxışlarında, xarici ölkələrin nümayəndələri ilə təmaslarında da Qarabağın bərpası əsas müzakirə mövzusu olur. Prezident İlham Əliyev bu mövzuda danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-enerji sektorunun, xüsusilə tikinti sahəsinin inkişafına təkan verəcək.
İşğaldan azad olunmuş ərazilərimizdə hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilir. Onu da unutmayaq ki, Azərbaycan bu bərpa-quruculuq işlərini öz gücü, öz daxili vəsaiti hesabına həyata keçirir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17

