Tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu
20.09.2022 [11:00]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Düzgün müəyyənləşdirilən siyasət davamlı uğurların əldə olunmasında əsasdır. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və son 19 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyevin davam etdirməsinin Azərbaycana qazandırdığı uğurlar biri-birini əvəzləməkdədir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz həm keçilən yolun aydın mənzərəsini yaradır, həm də perspektivləri açıqlayır. Əsas hədəf bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması ilə davamlı iqtisadi inkişafa geniş imkanların yaradılmasıdır.
Azərbaycan dövlətinin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. 28 ilə yaxın dövrdə kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi. Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında işğal dövrünün reallıqlarından bəhs edərək vurğuladı ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.
Qeyd etdiyimiz kimi, artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan yeni səhifə açıb Ermənistanla münasibətləri normallaşdırmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi və bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Bununla yanaşı, Ermənistandan da eyni addımları tələb edir. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də tərəddüdlər içərisində vurnuxur. Məhz bu tərəddüdləri onun sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Törətdiyi təxribatlr, üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirməməsi, keçirilən Moskva, Soçi və Brüssel görüşlərində əldə olunan razılaşmalara əməl etməməsi kimi addımları müxtəlif sualların yaranmasına, eyni zamanda, əksər dünya güclərinə, beynəlxalq təşkilatlara çağırışların edilməsinə əsas verir. 30 ilə yaxın işğal dövründə susmaqla sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına gətirib çıxaran dünya gücləri niyə Ermənistandan sülh müqaviləsinin imzalanmasını tələb etmirlər? Ermənistanın törətdiyi təxribatlara niyə laqeyd yanaşırlar? Bəyanatlarda narahatlıq ifadə edib, reallıqda konkret addım atmamaqla Ermənistana dəstəklərini ifadə etmirlərmi? Nə zamanadək dünya hüquq problemini yaşayacaq, ikili standartlara əsaslanan siyasət gündəmdə olacaq ədalət, beynəlxalq hüquq bəzi güclər, təşkilatlar üçün arxa planda olacaq. Belə olan təqdirdə etimadın mövcudluğundan danışmaq nə dərəcədə real görünə bilər?
Azərbaycan ən yüksək tribunalardan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarından qürurla bəhs edir. Dövlət başçısı İlham Əliyev Səmərqənd Sammitində 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə diqqəti yönəldərək bu müddətin quruma üzv dövlətlərin yekdil qərarı əsasında bir il uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd etdi. Azərbaycanın xarici siyasətinin dəyişməz olan prinsiplərini bir daha önə çəkərək bəyan etdi: “Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.”
Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyevin dərin analitik təfəkkürə, düşünülmüş siyasi baxışlara malik olması nəticəsində bütün beynəlxalq platformalarda dövlətimizin maraqları yüksək səviyyədə təmin edilir. Özbəkistan Prezidentinin cənab İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu regional təsisatın Sammitində fəxri qonaq qismində görmək istəyi və dəvəti ümumilikdə quruma üzv ölkələrin Azərbaycana, Prezidentimizə böyük hörmətinin göstəricisidir. Azərbaycan dünya birliyində sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Hər bir məsələnin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olan Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq, sülh çağırışlarını edir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

