Anar Nəbiyev: Rəşadətli Ordumuz şərəfli missiyasını uğurla yerinə yetirir
24.09.2022 [12:32]
44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından 2 il ötür. Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsi ölkəmizin bütün sahələrdə qazandığı imkanların dünyaya təqdimatı oldu. 30 illik işğala son qoyub ərazi bütövlüyümüzü təmin edən rəşadətli Ordumuz dünyanın ən güclü ordusu olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Dünya hərb tarixində yeni səhifə yazan Silahlı Qüvvələrimiz bir çox məqamlara aydınlıq gətirdi. Ən əsası dünya ədalət və beynəlxalq hüquq anlayışlarının mövcudluğunu təsdiqlədi. 30 il bu dəyərlərin əksər dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların maraqlarının arxasında dayanması Ermənistanın böyük iddialarla yaşamasına, özündə belə bir əminlik formalaşdırmasına səbəb olmuşdur ki, bu torpaqlar ona məxsusdur. Çünki əgər kiçik dövlətlərə “ədalət, beynəlxalq hüquq” dərsi keçən əksər dünya gücləri bu məfhumları maraqlarına uyğun tətbiq edirsə, etmad mühitinin mövcudluğundan, hansısa münaqişənin ədalətli həllindən danışmaq mümkün deyil. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Eyni zamanda, bu bəyanat da səsləndirilirdi ki, torpaqlarımızı istənilən yolla azad etməyə hazırıq.
Azərbaycan 44 günlük İkinci Qarabağmüharibəsində bunu sübut etdi. Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri hərbi təxribatlar, itkilərimiz dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin “Günnüt” əməliyyatında qarşı tərəfə lazım olan dərsi vermişdi. Lakin bu dərsləri unudan erməni silahlı qüvvələri növbəti təxribatı törətsələr də belə ağır, tarixdə unuda bilməyəcəkləri dərsi gözləmirdilər. Azərbaycan Ordusunun qarşısında diz çökən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. “Məğlubedilməz ordu” mifi dağıdıldı və dünya gördü ki, ən güclü orduAzərbaycan Ordusu, ən yenilməz, məğrur xalqAzərbaycan xalqıdır.
Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacibdir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın 30 illik dövründə ordu qurculuğuna xüsusi diqqət göstərməsi, müdafiə xərclərini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən hər zaman maraqlarına uyğun şəkildə şərh edilirdi. Təcavüzkar Ermənistan dünyaya çatdırmaq istəyirdi ki, Azərbaycan sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil. Eyni zamanda, özlərində belə təsəlli yaratmaq istəyirdilər ki, guya Azərbaycan hərb yolunu seçərsə məğlub olan tərəf ölkəmiz olacaq. Reallıqlar aparılan təbliğatların nə qədər əsassız olduğunu sübut etdi. Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə bildirdi ki, münaqişənin diplomatik yolla həlli mümkün deyil. Ermənilərin havadarlarının dəstəyi ilə işğal etdikləri torpaqlarımızda qurduqları istehkamlar, güclü hərbi texnika ilə təchiz olunmaları da bu ərazilərimizi sülh danışıqları əsasında geri vermək fikrində olmadıqlarını nümayiş etdirdi. Ən əsası Ermənistan yeni ərazilər uğrunda müharibə planı hazırladığını törətdiyi təxribatla sübut etdi. Azərbaycanı əks-hücum əməliyyatı aparmağa məcbur edən Ermənisan silahlı qüvvələri oldu. Artıq mənfur düşmən ölkəmizə qarşı müharibə aparmaq fikrini reallıqda nümayiş etdirdi və layiqli cavabını aldı. Rəşadətli Azərbaycan Ordusunun şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyev “Hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir” fikirlərinin davamı olaraq qeyd edir ki, eyni zamanda, bu müharibə təcrübədir. Daha müasir ordunun yaradılmasına göstəriş verilib: “Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.”
Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. Son iki ildə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistan silahlı qüvvələrinə rəşadətli ordumuzun verdiyi “Qisas” və “Qətiyyətli cavab” dərsi də artan imkanlarının, gücünün təqdmatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən ordumuzun daha da gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etdi və bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

