Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Erməni təxribatının qarşısını alarkən yaralanan baş gizirlə görüş

Erməni təxribatının qarşısını alarkən yaralanan baş gizirlə görüş

27.09.2022 [17:08]

27 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər  rayon təşkilatının sədri Eldar Əsədov və təşkilatının əməkdaşları  sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən yaralanan Tərtər rayonun Qaradağlı kənd sakini, baş gizir Nəcəfli Toğrul Mehdi oğluna baş çəkərək onun səhhəti ilə maraqlanmışlar.

Görüş zamanı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Rəşadətli Azərbaycan Ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşanılan sevinc hisslərindən danışmışdır.

Daha sonra yaralı hərbiçimizin  problemləri və onları narahat edən məsələlər dinləmişdir. Qeyd edək ki, hərbiçimiz Zəngilan istiqamətində yaralanmışdır.

Vurğulayaq ki, hərbiçimiz idman sahəsində ölkəmizi uğurla  təmsil edərək yüksək nəticələr göstərmişdir. Ailənin 3 övladı hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.

Sonda yaralı hərbiçimiz  dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31