Cəbrayıl çiçəklənir, inkişaf edir
05.10.2022 [11:11]
“Müstəqil Azərbaycan tarix boyu çox çətin, şərəfli anlar yaşayıb. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazılıb. Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandılan hər qələbə, işğal altında qalan torpaqlarımızın azad edilməsi 30 ildə yorulmadan möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyən Azərbaycan xalqının qüruruna çevrildi.” Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsinin 8-ci günü, oktyabrın 4-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində bildirdi: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi.
Düşmənin işğal etdiyi digər ərazilər kimi, tarixi, mədəniyyət və memarlıq, qəbirüstü abidələrlə zəngin olan Cəbrayıl şəhəri, eləcə də rayonun kəndləri dağıdılıb, tarixin izini itirmək məqsədilə mədəni, tarixi, dini abidələr, hətta qəbiristanlıqlar viran qoyulub, vandalizm aktları, ekoloji terror həyata keçirilmişdi, daşı daş üstündə qalmamışdı.
Düşmən çox istəsə də tarixi dəyişə bilmədi. Mədəni, dini abidələri, qəbirstanlıqları təbiəti məhv etməklə tarixi dəyişmək mümkün deyil. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın izləri var. Tarix göstərdi ki, gerçəyi, həqiqəti illər keçsə də dəyişdirmək olmaz.
Qələbəyə inamı hər gün daha da artan Azərbaycan xalqı birlik olub, Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi. Ölkə başçısının mükəmməl diplomatik bacarıqlarına, məqsədyönlü siyasətinə olan inam xalqımızın birliyini hər gün daha da gücləndirirdi. Bütün qələbələrin əsasında isə Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, xalq-dövlət-ordu birliyi dayanırdı.
İyirmi yeddi illik həsrətdən sonra Azərbaycan Ordusunun şücaətinin nəticəsində Cəbrayılın erməni terrorçularından təmizlənməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Prezident İlham Əliyevin Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən dərhal sonra Cəbrayıl şəhərinə səfər etdi, Xudafərin körpüsündə üçrəngli bayrağımızı əbədi dalğalandırdı.
Bu gün işğaldan azad edilən ərazilərdə həyat yenidən canlanır. İllərdir əsl sahibinə həsrət qalan torpaqlartımız, şəhər, kənd və qəsəbələrimiz dünya ictimaiyyətinin gözləri qarşısında çiçəklənir, inkişaf edir, dirçəlir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

