Güvən və Etibarlı əməkdaşlıq nümunəsi: Azərbaycan-Gürcüstan münasibətlərinin 30 ili
31.10.2022 [09:44]
Azərbaycan və Gürcüstan münasibətləri tarixboyu mehriban qonşuluq, qarşılıqlı etibar və inama bağlı olmuşdur. Belə ki, iki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoymuş 8 mart 1996-cı il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə”, eləcə də 4 mart 2004-cü il tarixli “Azərbaycan Respublikası və Gürcüstan arasında Birgə Bəyannamə” yuxarıda qeyd etdiklərimizin bariz nümunəsidir. Bu günə qədər İki ölkə arasında 109 sənəd imzalanmışdır.
Sovetlərin dağılmasından dərhal sonra 1991-ci ildə Gürcüstan Azərbaycanın müstəqilliyini tanıdı. İki ölkə arasında diplomatik münasibətlər Partiyamızın 18 noyabr 1992-ci il tarixində qurulmuşdur. 18 gün sonra Azərbaycan-Gürcüstan arasında diplomatik münasibətlərin 30 ili qeyd ediləcək. Bu tarix iki ölkə arasında münasibətlərin daha güclü inkişafa töhfə verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilmiş və 03 dekabr 2010-cu il tarixdən Baş Konsulluq rəsmi fəaliyyətə başlamışdır. Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci ilin fevral ayından etibarən fəaliyyət göstərir. Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu 12 dekabr 2013-cü il tarixində rəsmi fəaliyyətə başlamışdır.
30 il ərzində Azərbaycan-Gürcüstan əlaqələri uğurla və sürətlə inkişaf edib və hazırda yeni mərhələyə daxil olub. Ötən həftə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Gürcüstana səfəri, aparılan müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, iki ölkə arasında münasibətlərin parlaq gələcəyi vardır:
“Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.”
Bu mənada, Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixinə nəzər salaraq, bu əlaqələrin tarixi köklərinin nə qədər sağlam olduğunu vurğuladı:
“Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.”
İki ölkə arasında əməkdaşlığın böyük hissəsi karbo-hidrogen sektoruna aiddir. Bu əməkdaşlığın böyük tarixi var və qarşılıqlı səylərlə çox böyük layihələri icra edilib. 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi o dövr üçün çox böyük hadisə idi. Bu kəmərlə Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşdi və yeni imkanlar yarandı. Daha sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri tikildi. Bütün bu layihələr Azərbaycan və Gürcüstanın birbaşa iştirakı və töhfələri reallaşdı.
İki ölkə arasında münasibətlər təkcə energetik yox digər sahələrdə də bu gün uğurla inkişaf edir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

