Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir
11.11.2022 [12:28]
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
9 Noyabr-Dövlət Bayrağı Günüdür. Hər bir bayram özündə mühüm çağırışları ifadə edir. Nəzərə alsaq ki, hazırda bütün bayramlarımızı Zəfər ab-havasında qeyd edirik, bu halda bugünədək edilən çağırışlara yenilərinin əlavə ediləcəyi şəksizdir. Artıq iki ildir üçrəngli Bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan hərbi paradda səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri iki il öncə reallığa çevrildi. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz bərpa olundu, 30 illik torpaq həsrətinə son qoyuldu. Tarixi Zəfərimizin təqdimatı olan Zəfər paradında bu torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətirildi. Bu an harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. 30 ildən sonra tarixi sahibinə qayıdan torpaqlarımızın keçirdiyi hisslərə, sevincə şahidlik edən Azərbaycan Bayrağıdır.
Dövlət Bayrağı Gününün təsis edilməsinə qədər keçilən yola nəzər salaq. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev üçün dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış idi. 1990-cı ildə Naxçıvana qayıdaraq bu günümüz üçün biri-birindən əhəmiyyətli addımlara imza atan ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, illər keçdikcə yeni istiaqamətləri müəyyənləşir və tədqiqat mövzusu olaraq araşdırılır. Bu fikir daim bildirilir ki, Azərbaycanın bu günü üçün görülən işlərin böyük əksəriyyəti ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinə təsadüf edir. Belə ki, 17 noyabr 1990-cı ildə sədrlik etdiyi Naxçıvan MSSR Ali Məclisinin sessiyasında irəli sürdüyü təklif bu gün də qürurla xatırlanır. Muxtar Respublikanın adından “sovet, sosialist” sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş bayrağın, gerbin və dövlət himninin bərpası ilə bağlı möhtəşəm qərar qəbul olundu. Mavi rəngi ilə türkçülük ideyasına sadiqliyini, qırmızı rəngi ilə müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəngi ilə İslam sivilizasiyasına mənsubluğunu bildirən bayrağımız ilə Azərbaycanın müstəqilliyinin, əbədiliyinin, milli dövlətçiliyimizin təməli qoyuldu. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. 1995-ci il 12 noyabr tarixində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamızın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilib. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilərək iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycanın Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycanın beynəlxalq təqdimatında mühüm rol oynayan Dövlət Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimiz, qürur mənbəyimizdir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

