Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq
09.12.2022 [12:45]
“1990-cı ilin əvvəlində yenicə müstəqillik qazanmış Azərbaycanda dövlət idarəçiliyi, ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Ölkəmizdə şəxsi maraqlarını milli maraqlardan üstün tutan, siyasi səriştəsizliyi və yarıtmaz fəaliyyəti ilə, öz ambisiyaları naminə müxtəlif xarici dövlətlərin diqtəsi ilə hərəkət etməkdən çəkinməyən AXC-Müsavat tandeminin hakimiyyəti dövlətimizi və xalqımızı uçuruma aparmışdı. Torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi kimi faciələrlə qarşı-qarşı qalmağımız isə tariximizin ən ağrılı səhifələrindən biridir. Xocalı soyqırımı, minlərlə günahsız insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi, işgəncələrə məruz qalması, 1 milyona yaxın soydaşımızın 30 il ərzində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması o zamankı yarıtmaz siyasətin nəticəsi idi. Ordunun formalaşması və təminatında ciddi problemlər, eyni zamanda digər bütün sahələrdə müşahidə olunan tənəzzül mövcud xaosu daha da dərinləşdirirdi. Sonrakı illərdə, ulu öndərin və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və torpaqlarımızın azad edilməsi məsələsi dövlətimizin xarici siyasətinin ən başlıca məqsədini təşkil etdi. Bir sözlə, AXC-Müsavat hakimiyyəti dövründə əsası qoyulan bu münaqişənin fəsadları, ölkəmizə vurduğu mənəvi, psixoloji, iqtisadi və s. zərərləri tarix boyu yaddaşımızdan silinməyəcək”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi. Onun sözlərinə görə dövlətimizi və xalqımızı düşdüyü bu ağır vəziyyətdən, qarşılaşdığı bəlalardan qurtara biləcək, nicat yoluna çıxara biləcək şəxsiyyətə, siyasi liderə ehtiyac duyulurdu. Belə bir vaxtda xalqımızın yeganə ümid yeri məhz dahi şəxsiyyət Heydər Əliyev oldu. Xalqımızın təkidli tələbi, bir qrup ziyalının müraciəti əsasında ulu öndər yeni bir siyasi partiyanın yaradılmasına razılıq verdi. Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində 550 nəfər nümayəndənin iştirakı ilə Azərbaycanın ictimai, siyasi tarixində özünəməxsus yeri və rolu olan, bu gün regionun ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyası təsis edildi, dahi şəxsiyyət Heydər Əliyev yekdil qərarla yeni yaradılan siyasi partiyanın sədri seçildi. Sonrakı siyasi proseslərdə - tariximizə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 oktyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, 1993-cü ilin 3 oktyabr tarixində keçirilən Prezident seçkilərində isə xalqımızın yüksək səs çoxluğu, inamı və etimadı sayəsində Azərbaycan Respublikasının Prezidenti seçildi: “Ulu öndər ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, bütün sahələrdə həyata keçirilən təxirə salınmaz islahatlar nəticəsində mühüm irəliləyişlərə, inkişafa nail olundu, ictimai-siyasi sabitlik təmin edildi, vətəndaş müharibəsi təhlükəsi tamamilə aradan qaldırıldı. Ölkədaxili siyasi kursun milli maraqlarımıza uyğun şəkildə uğurla icra edilməsi ilə yanaşı, xarici siyasi strategiyamız da hədəflərimizə uyğun olaraq davam etdirildi. Beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin qurulması istiqamətində diplomatik addımlar icra olunmağa başlandı. Artıq ölkəmiz dünyada söz və nüfuz sahibi olan bir ölkəyə çevrildi. Xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, həmçinin digər iqtisadi islahatlar ilə ölkəmiz neft ehtiyatlarından səmərəli və milli məqsədlərə cavab verəcək bir şəkildə istifadə etməyə başladı. İqtisadi dirçəlişimiz digər bütün sahələrin tərəqqisinə ciddi əsas oldu”.
Rayon təşkilatının sədrinin fikrincə, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin inkişafında, xalqımızın firavanlığı və rifahı yolunda misilsiz xidmətləri sadalamaqla bitməz. Məhz bu əvəzsiz xidmətləri nəticəsində dahi şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Ulu öndər 2003-cü ilin 12 dekabr tarixində cismən bizlərdən ayrılsa da, ideyaları və əziz xatirəsi hər zaman bizimlədir: “Bu gün ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla və dinamik inkişaf edir. Əldə olunan uğurlarımız ümummilli lider, xalqımızın müdrik oğlu Heydər Əliyevin siyasi kursunun və ideyalarının dövlət başçısı İlham Əliyev tərəfindən müasir çalarlarla layiqincə yerinə yetirilməsinin bariz nəticəsidir. Bu gün Azərbaycan regionda, ümumilikdə dünyada söz sahibi olan, irimiqyaslı dünya əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçılarındandır. Ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması, beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik, dünya dövlətləri ilə qarşılıqlı uğurlu münasibətlər diplomatik sahədə qazanılan nailiyətlərin göstəricisidir”.
44 günlük Vətən mühribəsində qazandığımız şanlı zəfərimiz əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq və unudulmaz səhifələrindən biri olacaq, heç bir zaman unudulmayacaq. Dövlətimizin, xalqımızın qüdrəti, qətiyyəti, həmrəyliyi sayəsində əldə olunan bu qələbə, həm də dahi şəxsiyyət, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Çünki ümummilli liderimizin ən böyük arzusu və amalı məhz tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qürurla bildiririk ki, bu gün ulu öndərimizin və bütün şəhidlərimizin ruhu şaddır. Çünki bu müqəddəs tarixi missiyamız yerinə yetirildi.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58

