İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir
11.01.2023 [11:46]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Son illərdə hər ötən il idman sahəsində ölkəmiz və idmançılar üçün uğurlu olur. 2022-ci ildə də idmançılarımız qarşılarına qoyulmuş məqsədə çatmış, 300 dəfəyə yaxın ölkəmizin himninin dünyanın ayrı-ayrı arenalarında səsləndirilməsinə nail olmuşlar. Nəzərə almaq lazımdır ki, yeni idmançıların hazırlanması üçün məqsədyönlü iş aparılmalıdır. Bu işi isə ölkəmizdəki təcrübəli məşqiçilər korpusu uğurla icra edirlər. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır. İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir.
Müxtəlif idman sahələrində böyük nailiyyətlər qazanmış idmançılarımızın uğurları bütün gənc idmançılar üçün bir örnəkdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları hər zaman deyir ki, bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləməyi bacarırlar. Təbii ki, xüsusi olaraq qeyd etməliyik ki, ölkə Prezidenti və dövlət tərəfindən idmana, idmançılara diqqət, qayğı, hörmət olan yerdə, nəticələr də olacaqdır. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Azərbaycanda, eləcə də, bəzi ölkələrdə idman prioritet sayılır. Elə bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə artıq bir neçə beynəlxalq səviyyəli idman yarışları keçirilmiş, bu ərazilərin ictimai həyata inteqrasiyası üçün dünyanın tanınmış idmançıları bərpa olunan ərazilərimizə aparılmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri idman sahəsindən də yan keçməyib. Artıq bu ərazilərdə müasir idman komplekslərinin inşası istiqamətində işlər başlayıb. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi hazırlanır. Yenidən qurulacaq bu stadionun yanında olimpiya idman kompleksi yaradılacaq. 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. İşğaldan azad olunmuş digər kənd, rayon və şəhərlərimizdə də idman obyektlərinin yaradılması planlaşdırılır.
Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışı zamanı demişdir: “Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.” Bu fikirlər ölkə başçısının idmana verdiyi dəyərin təsdiqidir. Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin bunun üçün əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə almalıyıq ki, Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Çünki, bu möhtəşəm yarışlarda uğurlu çıxış etmək üçün dünyanın bütün ölkələri böyük səy göstərir, idmançılar öz karyeralarının ən ümdə xəyallarını məhz Olimpiya Oyunlarında hər hansı bir mükafat əldə etməklə bağlayırlar. Azərbaycan idmanı müstəqillik dövründə Olimpiya Hərəkatında özünü davamlı inkişafa qadir bir dövlət kimi nümayiş etdirmişdir. İdman sağlam həyat tərzi deməkdir. Əslində Olimpiya Oyunlarında əldə edilən qələbələr yeniyetmələri və gəncləri müxtəlif idman növlərinə, sağlam həyat tərzinə istiqamətlənməyə təşviq edir.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35

