Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir
27.01.2023 [16:50]
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində qanlı, faciəli hadisə baş verib. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Baş vermiş hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycanın ərazisinə təcavüzdür. Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. Bu da qəribə deyil. Çünki İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. Mövcud olduğu 44 il ərzində Tehran rejimi səfirlik və konsulluqlara hücumu ilə seçilib. ABŞ səfirliyi, Səudiyyə Ərəbistanının konsulluğuna hücumları sübut olaraq göstərmək mümkündür. Bu hadisələr İrandakı səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını isbatlayır. İran hakimiyyəti başqa ölkələrdəki səfirlik və nümayəndəliklərə də hücum təşkil edib. ABŞ-ın İraqdakı konsulluğuna, İsrailin Argentinadakı nümayəndəliyinə hücumları misal göstəmək olar. İranda xarici ölkə vətəndaşlarının təhlükəsizliyinə də təminat yoxdur. Son zamanlar etiraz aksiyaları fonunda baş verənlər bunu təsdiqləyir. Bu hücumla beynəlxalq hüququn bütün normaları pozulub. Buna görə təkcə hadisəni törədən deyil, İran hakimiyyəti də cavabdehlik daşıyır.
Azərbaycan dövləti İrandan məsələ ilə bağlı obyektiv araşdırma aparmasını və tezliklə nəticələrini təqdim etməsini gözləyir. Lakin istənilən halda İran tərəfinin hadisəni obyektiv araşdıracağına ümid çox azdır. Çünki İranın ümumilikdə Azərbaycana qarşı son zamanlar xüsusən qərəzli mövqe nümayiş etdirməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bu, heç də ümidverici deyil. İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır. Bir ölkənin Səfirliyi, həmin ölkənin ərazisi hesab edilir və bu hadisə də təkcə səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir.
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

