Gəncədə Regional Gənclər Konfransı keçirilib
01.02.2023 [16:36]
Fevralın 1-də YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Regional Gənclər Konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
YAP Gəncə şəhər təşkilatının akt zalında keçirilən Regional Gənclər Konfransında Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatı sədrinin müavini Nurəddin İbrahimov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib. Azərbaycanın ictimai-siyasi həyatının əlamətdar hadisələrindən biri olan Gənclər Gününün Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunduğunu və bunun Azərbaycan gəncliyinə olan böyük etimadın və diqqətin nümunəsi olduğunu bildirib. Nurəddin İbrahimov onu da qeyd edib ki, ölkə gənclərinin böyük əksəriyyətinin gələcək taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına bağlayaraq öz potensiallarını nümayiş etdirmək üçün bu təşkilatda geniş meydan görmələri təqdirəlayiq haldır. Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini, təxminən 40 faizini gənclər təşkil edir. Onlar ölkə həyatının bütün sferalarında fəallıq nümayiş etdirir, müəyyənləşdirilən yeni-yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə çalışırlar. Azərbaycan gənci dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində torpaq sevgisinin böyüklüyünü dünyaya nümayiş etdirdilər.
Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin gənc tədqiqatçı-alimi Elnur Həsənov, kinorejissor Ramil Ağasıyev, “Gəncə İş Adamlar” İctimai Birliyin sədri Zəfər Məmmədov, Cavadxan ASM-şöbə müdiri Nurlana Zeynalova, Olimpiya çempionu Toğrul Əsgərov və 44 günlük Vətən Müharibəsi Qazisi Mətin Abdinov gəncləri maraqlandıran mövzular üzrə çıxışlar edib, onların suallarını cavablandırıblar.
AMEA Gəncə bölməsinin gənc tədqiqatçı-alimi Elnur Həsənov gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu bildirib, Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu önə çəkib.
Kinorejissor Ramil Ağasıyev bildirib ki, gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə müasir gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
“Gəncə İş Adamlar” İctimai Birliyin sədri Zəfər Məmmədov gənclərə yeni dövrün tələblərini yüksək səviyyədə cavablandırmaq üçün daha fəal olmalarını, öz potensial imkanlarından maksimum istifadə etmələrini tövsiyə edib.
Cavadxan ASM-şöbə müdiri Nurlana Zeynalova çıxış edərək, gənclərin inkişafı üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün gənclərin ən böyük hamisidir.
Vətən müharibəsi Qazisi Mətin Abdinov dövlətin gənclərə diqqət və qayğısından bəhs edərək bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişmələrinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Olimpiya çempionu Toğrul Əsgərov gənclərə dövlətin qayğısından bəhs edərək XXI əsrdə Azərbaycanın firavan gələcəyinin təmin olunmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.
Sonra konfrans iştirakçıları adından Prezidentə müraciət qəbul edilib.
Tədbirdə ictimai-siyasi həyatda fəal iştiraklarına görə bir qrup gəncə YAP Gəncə şəhər təşkilatının fəxri fərmanı təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

