/ / Azərbaycanlı ekofəalları Laçın-Xankəndi yolunda 50 gündən çoxdur qətiyyət və sarsılmaz iradə nümayiş etdirirlər
Azərbaycanlı ekofəalları Laçın-Xankəndi yolunda 50 gündən çoxdur qətiyyət və sarsılmaz iradə nümayiş etdirirlər
04.02.2023 [11:24]
1990-cı illərin əvvəllərində Ermənistan təcavüzkar hərəkətləri ilə minlərlə soydaşımızın həyataına son qoyduğu kimi, 30 il ərzində Azərbaycanın işğal edilmiş ərazilərində vandalizm aktları və ekoloji terror həyata keçirib. İllərlə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, meşələrimiz yandırılıb. Şəhər və kəndlərimizi talayıb, çayları zəhərləyən, sərvətlərimizi istismar edən işğalçı ünsürlər torpağa da qənim kəsiliblər. İşğal dövründə ermənilər qəsdən və məqsədli şəkildə Qarabağın və Şərqi Zəngəzurun flora və faunasına qarşı, sözün əsl mənasında, terror törədiblər.
İlkin hesablamalara görə, vaxtilə işğal altına düşən ərazilərdə qəsdən yanğınlar törədilərək 110 min hektar otlaq, biçənək, yaşıllıq və kol sahələri məhv edilib.Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13 min hektar qiymətli meşə sahəsi, qırmızı palıd, çinar ağacları misli görünməmiş vandalizmə məruz qalıb. 460 növdən çox yabanı ağac və kol növünün əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Bununla yanaşı, ermənilər döyüşlər zamanı qadağan olunmuş fosfor bombalarından istifadə ediblər. Bu bombaların düşdüyü ərazilərdə hər şey məhv olub.
Azərbaycanın azad olunmuş ərazilərində ümumi sahələri 43 min hektar olan təbiət qoruqları və yasaqlıqlar ermənilər tərəfindən məhv edilib. İşğaldan əvvəl burada “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş çox sayda nadir bitki, quş, heyvan mühafizə olunurdu ki, onların da əksəriyyəti artıq məhv edilib.
İşğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun təbiətinə düşmən münasibəti göstəriblər, tarixi mədəni-dini abidələrini yer üzündən silməyə çalışıblar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərdəki su ehtiyatları çirkləndirilib, yeraltı-yerüstü sərvətlər erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınıb.
İşğaldan azad edilmiş ərazilərdə təbiətin dirçəldilməsi dövlətimizin başçısı İlham Əliyevin birbaşa nəzarətindədir. Ötən il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak ediblər.
Bu günlərdə daha bir şad xəbər bizi sevindirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanılıb. Həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkilib. Verilən məlumatlara görə, bu işlər ardıcıllıqla davam etdiriləcək və Topxana meşəsi tam bərpa ediləcək.
Eyni zamanda Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması həyata keçirilir. Ümumilikdə bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 42 hektar sahədə 40 minə qədər ting əkilib. Cəbrayıl rayonu ərazisində Türkiyə ilə birgə tinglik sahəsinin salınması üzrə işlər aparılır.
Göründüyü kimi, dövlətin birbaşa qayğısı nəticəsində düşmən tərəfindən Qarabağın və Şərqi Zəngəzurun yaralanmış təbiəti yenidən canlanır, torpaq əkib-becərilir, yeni pöhrələr baş qaldırır, çaylar öz məcrasına düşür, kənar düşmüş heyvanlar və quşlar öz məskənlərinə qayıdırlar.
Lakin bütün bunlara baxmayaraq, Vətən müharibəsində ağır və rüsvayçı məğlubiyyətə düçar olan Ermənistan bundan dərs almayaraq, Rusiya sülhməramlı koningentinin nəzarətində olan Xankəndidə və ətraf ərazilərdə Azərbaycanın sərvətlərini talamaqda davam edir. Azərbaycanlı ekofəalların bu qeyri-qanuni istismarın dayandırılmasına qarşı başladıqları etiraz aksiyası artıq50 gündən çoxdur ki, davam edir, ekoaktivistlər və digər könüllü gənclər havanın şaxtasına, yağışına baxmayaraq, qətiyyət və sarsılmaz iradə nümayiş etdirirlər.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

