/ / Azərbaycan enerji sahəsində qazandığı uğurlarla dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir
Azərbaycan enerji sahəsində qazandığı uğurlarla dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir
09.02.2023 [11:30]
Ötən həftə Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib.
Tədbirin məhz ölkəmizdə olması ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzunun göstəricisi və eyni zamanda enerji siyasətimizdə yeni mərhələsi idi. Keçirilən tədbirdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirdilər.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib və çıxışında önəmli məqamlara toxunub.
Dövlətimizin başçısı qeyd etdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib, “O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir”. Cənab Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinin iki il öncə istismara verildiyini, bu gün isə TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdən keçirildiyini vurğulayıb.Bu gün ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır. Təbii qaz ixracı artır. Belə ki, qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə isə onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.
Azərbaycanın enerji potensialının gələcək əməkdaşlıq üçün kifayət qədər böyük olduğunu cənab Prezident İlham Əliyev qeyd etmiş və yaşıl enerji sahəsində aparılan işlər barədə Məşvərət Şurası üzvlərini məlumatlandırmışdır.
Belə bir layihənin rəhbərliyini öz üzərinə götürməklə Azərbaycan artıq Avropada xüsusi yeri və çəkisi olan dövlətə çevrilmişdir. Xüsusən, ölkə başçısının həyata keçirdiyi enerji siyasəti Avropada birmənalı olaraq dəstəklənir və qəbul edilir. Bu da onu göstərir ki cənab İlham Əliyevin vəd etdiyi güclü iqtisadiyyat və yüksək səviyyəli sosial rifah siyasəti özünü doğrultmaqdadır. Çox az müddət içərisində Cənub Qaz Dəhlizi kimi meqa layihənin reallaşması və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında kifayət qədər mühüm rol oynaması bunu bir daha sübut edir.
Azərbaycan enerji sahəsində qazandığı uğurlarla dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasda çıxış edən digər rəsmi şəxslər də Azərbaycanın bu sahədə qazandığı nailiyyətləri və Cənub Qaz Dəhlizinin Avropanın enerji şaxələndirilməsində oyandığı mühüm rolu xüsusilə qeyd ediblər. Əlbəttə, bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasətinin göstəricisidir. Bütün bunlar isə ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırır.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10

