Türkiyə - Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır
14.02.2023 [11:25]
Fevralın 6-da Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü və kədərlə qarşılandı. Təbii fəlakətin baş verməsi anından etibarən Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin, birliyin, qardaşlığın sarsılmazlığını bir daha nümayiş etdirdi və dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirildi və qardaş Türkiyə xalqına humanitar yardımlar göstərildi. Eyni zamanda, Azərbaycan xalqı da hamılıqla könüllü olaraq öz qardaşlarına yardım kampaniyasına qoşuldu.
Türkiyədə baş vermiş zəlzələni hər bir vətəndaşımız ürək ağrısı, üzüntü və böyük təəssüf hissi ilə qarşıladı və bir millət, iki dövlət olan Azərbaycan - Türkiyə qardaşlığını bu ağır günlərdə də nümayiş etdirdi. Bütün xalqımız, uşaqdan tutmuş yaşlı insana kimi hər kəs, Türkiyədə zərər çəkən insanlara yardım etmək üçün səfərbər oldu.
Azərbaycan xalqının hamılıqla zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından və göndərilən yardımlar barədə məlumatlı olduğunu deyən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında necə olmuşdursa, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi: “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu və Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verdi. Möhtərəm Prezidentimiz qeyd etdi ki: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.”
Həqiqətən də müdrik Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün bu gün də əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir və bir daha bütün dünyaya nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, sadə insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu qardaşlıq bundan sonra da olacaqdır.
Bu faciədə Azərbaycanın ictimai təşkilatları da öz dəstəyini göstərməkdədirlər. Bu məqsədlə Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Özəl şirkətlər də artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. İndi bütün Azərbaycan xalqı qardaş türk xalqının yanındadır. Möhtərəm Prezidentimizin göstərişi ilə bütün yardım məsələləri bir mərkəzdən idarə olunur və müvafiq orqanlara lazımi tapşırıqlar verilmişdir. Respublikamızın xəstəxanalarında yaralı qardaş - bacılarımızın müalicəsi uçun bütün şərait yaradılmışdır. Bakıda və digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq bu məqsədlə çarpayılar ayrılıb və ölkəmiz bu sahədə də köməklik göstərməyə hazırdır.
Əminik ki, qardaş Türkiyə bu ağır sınaqdan da şərəflə çıxacaqdır. Çünki, güclü və qüdrətli Türkiyə dövləti buna qadirdir. Əlbəttə ki, qardaş Azərbaycan da bu çətin anlarda həmişə öz qardaşlarının yanındadır və bu faciənin fəsadlarının aradan qaldırılmasında da öz köməkliyini əsirgəməyəcəkdir. Möhtərəm Prezidentimizin təbirincə desək: “Türkiyə - Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır.”
Məhəd Vəkilov
YAP Qazax rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

