Türkiyəyə öz yardımı və dəstəyini əsirgəməyən Azərbaycan sona qədər bu işi davam etdirəcək
15.02.2023 [14:53]
2023-cü il fevralın 6-da Azərbaycan qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində böyük dağıntıların və insan tələfatlarının olması barədə sarsıdıcı xəbərlə səhəri açdı. Bu xəbər bütün Azərbaycanı sarsıtmasına baxmayaraq, təcili olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün qardaş Türkiyə Respublikasına yardım əlini uzatdı.
Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəkakət nəticəsində minlərlə insanın həlak olması, çoxlu sayda insanların yaralanması, evsiz – eşiksiz qalması doğurdan da dəhşətli bir faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ, bütün Türk dünyasını,o cümlədən Azərbaycanı da çox sarsıtdı. Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoyduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevral ayının 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib. Cənab Prezidentimiz çıxışında bildirib ki, “Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.”
Türkiyəyə öz yardımı və dəstəyini əsirgəməyən Azərbaycan sona qədər bu işi davam etdirəcəyinə söz vermiş və davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar ilə bərabər, fevralın 6-da Türkiyəyə yola salınıb. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla, 41 nəfərlik heyəti göndərilib. 8 fevral tarixində Türkiyəyə FHN-nin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə yola salınıb. Humanitar yardıma təbii fəlakətdən zərərçəkən insanların yerləşdirilməsi üçün, 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük generator, 8 min geyim dəsti, 20 min cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5 min ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir. Azərbaycan xalqı hər zaman öz qardaşlarının yanında olacaq, qardaş Türkiyəyə həm maddi, həm də mənəvi yardımını heç bir zaman əsirgəməyəcəkdir. Türk xalqının dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

