Ölkəmizdə qadınlara dair dövlət siyasətinin effektivliyini təmin etmiş amillər
07.03.2023 [12:37]
Bildiyimiz kimi, bütün dünyada qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Bayramı da 1857-ci ildə Nyu-Yorkda 12 saatlıq iş gününə etirazı ilə başlanan qadınların hərəkatının tarixi ilə bağlıdır. Onların öz hüquqları üçün başladıqları mübarizə 1910-cu ildə alman sosialist qadın Klara Setkinin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olması ilə nəticələnib. 1977-ci ildə isə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da həmişə geniş qeyd edilir və xüsusi bir təntənə ilə keçirilir. ölkəmizin daxil olduğu keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü 1965-ci ildən istirahət günü elan olunub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart ölkəmizdə qeyri-iş günüdür. Beləliklə, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın və Ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.
Bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısıdır və proses davam edir. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanın icrası nəticəsində qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi getdikcə yüksələn xətt üzrə inkişaf edir.
Ümummilli Lider Heydər Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır, çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”
Bu gün, Ümummilli Lider Heydər Əliyevin 6 mart 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Azərbaycan Respublikasının birinci xanımı, UNESKO-nun, İSESKO-nın xoşməramlı səfiri, Birinci vitse-Prezident Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də, vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir, Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir. Müasir Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz analarımızın bizə irsən ötürdüyü qan yaddaşlarımızdandır. Bu proses min illərlə çətin və mürəkkəb dövrlərin sınağından uğurla çıxa bilib. Azərbaycan qadını tarixən cəmiyyətimizin sayılan, hörmət və ehtiram görən üzvü olub. Özünü demokratiyanın beşiyi sayan Qərbdən daha əvvəl - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı böyük uğurlar Azərbaycan qadınının yüksək mədəni və intellektual potensialından xəbər verir.
Ölkəmizdə dövlət qadın siyasətinin daha da təkmilləşdirilməsi Ümummilli Lider Heydər Əliyevlə başlıdır. O, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər həm sovetlər zamanında, həm də, müstəqillik dövründə respublikaya rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, nəticədə lider qadınlar yetişdi. Heydər Əliyev siyasətini alternativsiz həyata keçirən onun ən layiqli siyasi varisi, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasətin daim qətiyyət və müdrikliklə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb…
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51

