Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir
09.03.2023 [12:06]
Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1993-cü ildə qoyulub. Həmin tarixdən sonra, Azərbaycanın xarici siyasətində bu təşkilatla çoxşaxəli əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Belə ki, 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” Sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından kifayət qədər əhəmiyyətlidir. Xatırladaq ki, ölkəmizlə əməkdaşlığa önəm verən Avropa İttifaqı 1998-ci il tarixində Azərbaycana xüsusi səfir təyin edib, 2000-ci ildə Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyi təsis edilib. 2008-ci ilin fevral ayından isə, Bakı şəhərində Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərir. Qeyd edildiyi kimi, Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də, Avropa Qonşuluq Siyasətidir. Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə daxil edilib. Eyni zamanda, Azərbaycan 2009-cu ildə Praqada keçirilən zirvə görüşündə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına qoşulub.
Bu gün də, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızla bu təşkilat arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir. Bu beynəlxalq qurum respublikamızın əsas ticarət tərəfdaşlarından biri kimi tanınır. Ölkəmizin dünya birliyinə inteqrasiya prosesinin dərinləşməsi, beynəlxalq təşkilatlarla əlaqələrinin daha da inkişafı naminə Azərbaycan dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümum-Avropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir. Xüsusilə də, Enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa önəm verməsi ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Bu mənada Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycanın regiondakı tranzit mövqeyi, eləcə də, Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəmizi Avropa İttifaqı üçün cəlbedici edən faktorlardır. Belə ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana, İrana avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. İndiyə qədər Azərbaycan həm Avropa İttifaqı tərəfindən, həm də, qurumun digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sahələr, o cümlədən, enerji, nəqliyyat, kənd təsərrüfatı, regional inkişaf, iqtisadi, siyasi, institusional islahatlar üzrə çoxsaylı layihələr həyata keçirilib və proses davam edir. Eyni zamanda, yuxarıda qeyd ediliyi kimi, Azərbaycan-Avropa İttifaqı arasında ticarət əlaqələri daim inkişaf edir və Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır…
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

