Yeni mərhələ…
17.03.2023 [11:36]
Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-14 tarixlərində Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər diqqətdən kənarda qalmır. Ümumilikdə Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Dəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək, eyni zamanda, geniş tərkibdə görüşləri, müzakirə olunan məsələlər Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu görüşlərdən sonra cənab İlham Əliyev ilə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsin keçirdikləri birgə mətbuat konfransı səfərin mahiyyətinin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün müəyyənləşdirilən hədəflərin açıqlanmasında yardımçı oldu. Olaf Şolts bu fikri xüsusi qeyd etdi ki, Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkəmizin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur. Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də əməkdaşlığımızın bir mövzusudur.
Göründüyü kimi, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bu fikri də xüsusi vurğuladı ki, beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini bildirmiş oldu.
Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti Azərbaycan-Almaniya əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev bildirdi ki, səfər zamanı apardığımız danışıqlar Almaniya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, siyasi dialoqun müntəzəm olaraq aparıldığını göstərdi. Belə bir əminlik ifadə edildi ki, səfər ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcək.
Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə mövcud imkanlar geniş müzakirə edilərək əlaqələrin gələcək inkişafında rolu diqqətə çatdırıldı.
Ümumilikdə Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoydu.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

