Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Novruz bayramı münasibəti ilə Ağstafada ümumrayon tədbiri keçirilib

Novruz bayramı münasibəti ilə Ağstafada ümumrayon tədbiri keçirilib

17.03.2023 [21:48]

Xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən Novruz bayramı münasibəti ilə Ağstafada ümumrayon tədbiri keçirilib.

Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul şəxsləri, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müsəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi ehtiva edən eksponatlar, özfəaliyyət dərnəklərinin dövlətçiliyimizə, milli dəyər və adət-ənənələrimizə həsr etdikləri rəsm, əl işlərindən ibarət sərgilər, xalqımızın qədim mətbəxini, məişətini əks etdirən guşələr tədbir iştirakçıları tərəfindən böyük həvəslə izlənilib. Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.

Sonda bayram tonqalı alovlandırılıb.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31