Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni siyasi sistemin yaradıcısı kimi
31.03.2023 [11:28]
İstənilən tarixi şəxsiyyətin miqyası onun qurduğu siyasi sistemin işləkliyi, dayanıqlığı, dövrün qlobal çağrışlarına həssas və çevik reaksiyası və ən əsası özünü mütəmadi yeniləmə qabiliyyəti ilə xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyev məhz özünün bu həlledici keyfiyyəti ilə, çoxəsrlik Azərbaycan tarixindəki miqyaslı və əzəmətli duruşu ilə xalqımızın qəlbində özünə həmişəyaşar abidə qoymuşdur. “ Bütün yollar Romaya apardığı” kimi, istənilən politoloji təhlil Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün etirafı ilə yekunlaşır, şərtlənir və anlam qazanır. İllər keçdikcə bu fövqəladə fenomenə intellektual maraq nəinki azalmır, əksinə daha da artır və dövrün reallıqlarında dönə-dönə öz əksini tapır.
Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran, təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı deyildi. Həmin dövrdə xaricdən bütövlükdə respublikada milli-etnik ixtilafları, separatçılıq əhval-ruhiyyəsini ayrı-ayrı bölgələrə müdaxilə vasitəsilə tendensiyaya çevirmək cəhdləri özünü qabarıq formada göstərirdi. Azərbaycan üçün bu vəziyyətdən yeganə optimal çıxış yolu ölkədə sabitlik yaradıb, müstəqil dövlət quruculuğunun uğurla aparıla biləcəyi kursun seçilməsindən ibarət idi. Hər iki məsələ üçün də düzgün ideologiyanın müəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Çünki seçiləcək ideoloji konsepsiya Azərbaycanın strateji yolunu müəyyənləşdirəcək, dövlət quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və cəmiyyətin birləşməsi xəttini ortaya qoyacaqdı. Söhbət Azərbaycanda müstəqil dövlət quruculuğunun gerçək fəlsəfəsini formalaşdırmaqdan gedirdi. Bu fəlsəfə Azərbaycanı xarici təhlükələrdən və daxili ziddiyyətlərdən qorumalı, xalqın mənəvi xüsusiyyətlərini, tarixi və mədəniyyətini, dövlətçilik maraqlarını özündə ehtiva etməli idi.
Universal böhran şəraitində praqmatik səmərə verə biləcək kursun seçilməsi xüsusi keyfiyyətlər tələb edirdi. Bunun üçün strateji təfəkkürlü, uzaqgörən, soyuqqanlı və qətiyyətli siyasətçi-lider lazım idi. Tarix Azərbaycanın siyasi səhnəsinə həmin keyfiyyətlərə malik Heydər Əliyevi yenidən gətirdi. Azərbaycan xalqı 1993-cü ildən ikinci dəfə öz liderinə arxalandı. Bu, bir xalqın bir əsrdə ikinci dəfə qəhrəmanlıq göstərməsi, uzaqgörənlik və dövlət qurmaq qüdrətini nümayiş etdirməsi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətini və xalqını zamanın ziddiyyətləri məngənəsindən sözün həqiqi mənasında xilas edərək, onu real dövlət quruculuğu xəttinə istiqamətləndirdi.
Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndərin ən böyük tarixi nailiyyətlərindən biri Azərbaycan xalqını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın, milli konsepsiyanın yaradılması oldu. Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycaınn mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinin əhəmiyyətini xüsusi qeyd edirdi. Yeni dövrdə Azərbaycanın müstəqil dövlətçilik kursu bu məqam üzərində quruldu. Faktiki olaraq, Ümummilli Lider qısa müddət ərzində xalqın quruculuq enerjisini dövlətin maraqlarının təmin olunması istiqamətində səfərbər edə bildi. Heydər Əliyev cəmiyyətin mədəni-intellektual potensialını və mənəvi dəyərlərini milli ideyanın reallaşdırılmasına yönəltdi. Ulu Öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli paradiqma kimi irəli sürdü. Bu ideologiya dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.
Nəticə etibarilə, məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəni etnik separatizm əsasında parçalamaq cəhdlərinin, ölkənin əsas legitm dayaqlarının iflasa uğratmaq siyasətinin qarşısında güclü ideoloji sipər oldu.
Ulu Öndər Heydər Əliyevin millətimiz qarşısındakı ən qüdrətli tarixi xidmətlərindən biri uzun müddət dövlətçilik ənənələrini itirmiş bir ölkədə dayanıqlı siyasi sistemin yaradılması olmuşdur. Problemə politoloji aspektdən yanaşsaq və onun kateqoriyaları üzrə təhlil etsək bu hipoterimizi təsdiq edən aşağıdakı komponentlər aydın şəkildə üzə çıxar:
- Ümummilli Lider Heydər Əliyev cəmiyyəti inkişafa aparan məqsəd və vəzifləri konkret olaraq müəyyənləşdirdi:
- dövlət müstəqilliyinin təmin edilməsi
- ərazi bütövlüyünün qorunması
- suveren ölkənin ideoloji əsaslarının yaradılması ( 1992-ci il Yeni Azərbaycan Partiyasının təsis edilməsi)
- müstəqilliyin iqtisadi əsaslarının müəyyənləşdirilməsi (1994 “ Əsrin müqaviləsi”)
- müstəqilliyin hüquqi əsaslarının müəyyənləşdirilməsi (1995 Konstitusiyası)
- Cəmiyyəti tərəqqiyə aparan maddi və mənəvi dəyərlərin müəyyənləşdirilməsi və müstəqil dövlətin inkişafında mühüm resursa çevrilməsi.
- “azərbaycançılıq” anlayışı ilə etnik deyil, siyasi-vətəndaş kimliyinin və millətçiliyinin formalaşdırılması
- bu sistemin məntiqi davamı kimi ölkədə tolerant və multikultural sosial-mədəni, etnik-konfessional mühitin yaradılması
- ictimai dəyişikliklərdə inqilabi deyil təkamül yolunun mənimsənilərək ümummilli inkişafın daha optimal və məqbul metod olduğu istiqamətində kollektiv şüurda inamın möhkəmləndirilməsi və vətənpərvərlik tərbiyəsi ilə uğurla çuğlaşdırılması nəticəsində bəzi xarici dairələrin hər cür təxribat və provakasiyalarına baxmayaraq, “narıncı inqilablar” da, “ərəb baharı” da Azərbaycandan yan keçdi. Ölkəmizdə formalaşmış “xalq-iqtidar” birliyi bu qlobal imtahanlardan şərəflə çıxdı.
- Ulu Öndər tərəfindən yeni siyasi sistem nəinki yaradıldı, habelə onun effektivliyi və funksionallığı tam təmin edildi ( Azərbaycanın müstəqilliyinə açıq qəsd olan 1994 oktyabr və 1995 mart dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı).
Beləliklə, əsası Ulu Öndərimiz, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası təlimi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir Azərbaycanda dövlət səviyyəsində inkişaf etdirilərək dünyaya örnək ola biləcək yüksək şəkildə yaradıcılıqla davam və inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə bərqərar etdiyi real, 44 günlük parlaq Vətən müharibəsinin sınaqlarından uğurla çıxan dinamik siyasi sistem milli-mənəvi birliyin, həmrəylik və qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə işıq salır. Bu isə ölkəmizin bütün sahələr üztrə hərtərəfli ahəngdar inkişafının təmin edilməsinin möhkəm əsaslarını təşkil edir.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

