Yenidən qurulan şəhər
05.04.2023 [16:41]
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Qəbul zamanı Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxundu və tarixi həqiqətləri diqqətə çatdırdı. Laçın rayonunun yüksək potensialı, beynəlxalq əhəmiyyəti, rayon ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında bəhs edən Azərbaycan Prezidenti, ermənilərin işğal dövrü zamanı Laçında həyata keçirdiyi vandalizm və terror siyasəti haqqında da məlumat verdi və bildirdi ki, Laçında həyata keçirlən bərpa-quruculuq işləri ilə bərabər təhlükəsizlik məsələri də yüksək səviyyədə təmin olunur. Rayonun yenidən qurulması ilə bağlı işlərə müharibə başa çatan kimi başlanılsa da Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan etibarən həyata keçirilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. İşlər yekunlaşdıqca keçmiş köçkünlərin də Laçına qayıdışı təmin olunacaq. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq. Ölkə başçısı qeyd etdi ki, Laçına qayıdacaq hər bir keçmiş məcburi köçkün ətraf mühiti qorumalıdır, Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalı, bir sözlə, Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Laçın, nəinki Azərbaycanın, dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, şəhərin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib, Heydər Əliyev Fondunun xətti ilə burada məscid inşa ediləcək. Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Həmçinin, Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı da vardır.
Dövlət başçımız görüş zamanı Laçın rayonuun ölkəmizin ən böyük rayonlarından biri olmasını və çox böyük potensiala malik olmasının vurğulayıb. Qeyd edib ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamaları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, yeni idarəetmə üsulu tətbiq edilməlidir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və gələcək inkişafı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Laçın şəhəri də sürətlə yenidən qurulur. Tezliklə şəhər dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35

