Müstəqilliyimizin qarantı
06.04.2023 [11:25]
Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir. Təbii ki, Azərbaycan Ordusunun bu səviyyəyə çatması üçün çox böyük işlər görülüb, düşünlümüş siyasət və düzgün strategiya həyata keçirilib. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndərin bu sahədəki xidmətləri misilsizdir. Hələ Sovetlər dönəmində Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Ulu Öndərin qətiyyəti və güclü iradəsi nəticəsində mümkün olmuşdu. Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev ordu quruculuğu həyata keçirərkən bu liseyin məzunlarından istifadə edərək nizami ordu yaratmışdır. Azərbaycan Ordusunun silah-sursatla təchizatı davamlı olaraq həyata keçirilmiş, şəxsi heyyətin peşəkarlıq səviyyəsinin artırılması üçün lazimi işlər görülmüşdür.
Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Odur ki, dahi şəxsiyyətin siyasi kursunun əsasını məhz Azərbaycan Ordusunu davamlı olaraq gücləndirmək təşkil edirdi. Ulu Öndər eyni zamanda bildirirdi ki, gərək Azərbaycan əsgəri və zabiti yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın. Məhz bu gün Azərbaycanın güclü orduya sahib olmasının əsasını bu ideyalar təşkil edir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğunu da zamanın tələbləri çərçivəsində həyata keçirərək Azərbaycan Ordusunun güclü orduya çevrilməsini təmin etmişdir. Dövlət büdcəsindən hərbi xərclər üçün ayırılan vəsait ildən-ilə artırılmış, Silahlı Qüvvələrimizin arsenalına ən müasir silah-texnika əlavə edilmişdir. Eyni zamanda, əsgər və zabitlərin peşəkarlıq səviyyəsinin artırlması məqsədi ilə mütəmadi olaraq hərbi təlimlər təşkil edilmiş, xüsusilə də qardaş Türkiyə ilə birgə keçirilən təlimlərdə müxtəlif qoşun növlərinin iştirakı təmin edilmişdir. Ulu Öndər Heydər Əliyev də hər zaman qeyd edirdi ki, Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyada güclü və yüksək peşəkarlıq səviyyəsi olan bir orduya çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusnun gerçək gücünü düşmənə və bütün dünyaya sübut etdi. Ədalətli müharibə aparan Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi. Hər gün irəli gedərək kəndlərimizi, şəhərlərimizi azad edən vətənpərvər Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. İkinci Qarabağ müharibəsi Azərbaycan əsgərinin, Azərbaycan zabitinin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bütün dünyaya sübut etdi.
Azərbaycan Ordusunun gücünə güc qatan bir sıra mühüm amillər mövcuddur ki, onlardan biri də xalqın yekdil birliyidir. Məhz Azərbaycan dövləti öz torpaqlarını xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində azad edərək ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ordumuz sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır” - məşhur deyimi artıq real həyatda öz əksini tapıb.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38

