11 aprel 2018-ci il – xalqımızın növbəti düzgün seçiminin tarixi
10.04.2023 [12:39]
“Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin formalaşması yalnız azad və ədalətli seçkilərlə mümkündür. Bir də tarixdə elə seçimlər var ki, xalqlar bu seçimləri ilə həm özlərinin taleyini, həm də tarixin gedişini dəyişə bilirlər. Azərbaycan xalqı da öz şərəfli tarixində bəzi düzgün seçimlərlə taleyini müəyyən etməyi və gələcəyini dəyişməyi bacarıb”. Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynova məxsusdur.
Onun sözlərinə görə, bu baxımdan 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkiləri xalqımız üçün böyük önəm kəsb edir: “Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcı hesab olunan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirdi. Sözügedən prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regionda həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması həmin seçkilərə beynəlxalq diqqəti artırmışdı.”.
Z.Hüseynov deyib ki, təkcə Azərbaycanda yox, regionda geosiyasi proseslərin gələcəyi üçün belə böyük əhəmiyyət daşıyan 11 aprel seçkiləri ədalətli və şəffaf olub: “Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatların apardığı rəy sorğuları, seçkilər günü müvafiq təşkilatlar tərəfindən keçirilən “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü”.
“Növbədənkənar prezident seçkilərindən sonra, demək olar ki, ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və Ermənistanın işğal etdiyi ərazilərin azad olunmasına son hazırlıq işləri ilə səciyyələnirdi”, – deyə bildirən Z.Hüseynovun fikrincə, 2018-ci ilədək ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artmasını Azərbaycanın əksər vətəndaşları da təqdir edirdi: “Belə bir şəraitdə, mövcud hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə sərt cavabı idi. Azərbaycan xalqı 2018-ci ildə bir daha nümayiş etdirdi ki, sözügedən qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur”.
Z.Hüseynovun sözlərinə görə, 2018-ci ilin seçkilərindən cəmi iki il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində Zəfər çaldı: “Belə ki, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən illərə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, insanların rifah halı daha da yaxşılaşıb. Siyasi, iqtisadi imkanların genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.
Sonda bir daha 5 il öncə keçirilən prezident seçkilərinə toxunan Z.Hüseynov deyib ki, Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri vətəndaşların dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davamında gördüyünü sübut edib: “Azərbaycan xalqı həmin gün görülən real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi. Buna görə də birmənalı olaraq 11 aprel tarixində xalqımızın növbəti mühüm və düzgün seçim etdiyini demək olar”.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35

