Möhkəm təməl üzərində qurulan münasibətlər
11.04.2023 [16:51]
Nurəddin İbrahimov
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Son illərdə Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Tacikistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və tacik xalqı arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. 90-cı illərinin əvvəlində Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon iki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlərə, əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər. Bu günkü ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı da məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin, hər iki ölkə rəhbərinin gərgin, səmərəli əməyinin nəticəsidir. Son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə edilən qarşılıqlı səfərlər, türk dünyası üzvləri ilə əlaqələrin dərinləşməsi sayəsində ölkələr arasında ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Azərbaycanın və Tacikistanın prezidentlərinin qarşılıqlı işgüzar səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərinin, müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın daha da yüksəlməsinə səbəb olub. Aprelin 5-də ölkə Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi dəvəti ilə Tacikistana rəsmi səfəri iki ölkə arasından dost və qardaşlığın yüksək səviyyədə olduğunun nüminəsidir.
Dövlət başçımız İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında xüsusi ilə vurğulayıb ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.
Müasir dövrdə Azərbaycanda olduğu kimi Tacikistanda da siyasi sabitlik hökm sürür və bu dövlətlər arasında illik ticarət dövriyyəsi cəmi 6,5 milyon manat təşkil edir. Hər iki dövlət arasında imzalanmış sənədlər ticarət dövriyyəsinin həcminin dəfələrlə artmasına imkan verir.
Şərq-Qərb, Şimal-Cənub marşrut qovşağında yerləşən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çindən Avropaya gedən İpək yolu üzərində yerləşən Tacikstana səfəri, Prezident Emoməli Rəhmon ilə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər, hər iki ölkə liderlərinin mətbuata bəyanatlarla çıxışları hər iki dövlətin gələcək inkişafına böyük perspektiv vəd edir. Səfər bir daha göstərdi ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla əməkdaşlıq əlaqələri üçün daha böyük addımlar atılacaq.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35

