Azərbaycanla Qazaxıstan arasında müttəfiqlik münasibətləri zənginləşir.
15.04.2023 [12:19]
Azərbaycan Türk Dövlətləri arasında əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə qalxamasında xüsusi rol oynayır. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsindən sonra digər türk dövlətləri ilə, o cümlədən Qazaxıstan Respublikası ilə də analoji Bəyannamə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri ölkələrimizin yüksək səviyyədə strateji tərəfdaş və müttəfiq olduğunu bir daha təsdiq edir. Bu səfərin əsas məqsədi Qazaxıstanla müttəfiqlik münasibətlərini möhkəmləndirmək və yeni razılaşmalarla daha da zənginləşdirməkdən ibarətdir.
Dövlət səfəri zamanı ölkə rəhbərləri strateji tərəfdaşlıq və müttəfiqliyin əsas məsələlərini ətraflı müzakirə etdilər. Müzakirələrdə siyasi, ticari-iqtisadi, nəqliyyat, tranzit, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi yer verildi. Danışıqların əsas mövzularından biri Qazaxıstan neftinin bir hissəssinin Azərbaycana tədarük edilməsi və Qərb bazarlarına çıxarılmasının təmin edilməsi məsələsi oldu. Göründüyü kimi Qazaxıstan öz məhsullarının getdikcə daha çox hissəsinin Azərbaycan üzərindən ixracına maraq göstərir.
Görüşlər zamanı Azərbaycanla Qazaxıstan arasında digər sahələr üzrə də əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilib və bildirilib ki, reallaşdırılması lazım olan əməkdaşlıq üçün daha böyük potensial mövcuddur. Eyni zamanda Qazaxıstan-Azərbaycan danışıqlarında o da vurğuland ki, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətləri təkcə iki ölkənin deyil, həm də türk dünyasının bütün coğrafiyanın maraqlarını ifadə edir.
Azərbaycan ilə Qazaxıstan arasında mədəni əməkdaşlıq Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfərinin mərkəzi mövzusunu təşkil edib. Azərbaycan və Qazaxıstan xalqları tarixən yaxın olub və humanitar sahədə əməkdaşlıq, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yeni imkanlar açacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazaxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar onu deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın mənafeyinə xidmət edəcəkdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50

