Azərbaycanın bölgələrinin inkişafı istiqamətində mühüm addımlar atılır
25.04.2023 [13:12]
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılıb, sözün əsl mənasında regionlarımız yeni bir simaya malik olub. Ölkədə davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi regionların inkişafı, vətəndaşlarımızın xoş güzəranı, rifahı hər zaman öndə gəlib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş yüksəlişə nail olan Azərbaycan dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı ilə Ulu Öndər Heydər Əliyev zəkasının təcəssümünü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürünü təsdiq edir.
Dövlət Başçımız cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi regionlara səfərləri, görülən işlərlə bağlı tövsiyə və tapşırıqları bölgələrin işıqlı gələcəyinə rəng qatır, ölkəmizin hərtərəfli inkişafına töhfələr verir. Sözsüz ki, əldə edilən uğurlar ölkə rəhbərimizin möhkəm iradəsi və əzmkarlığı, xalq-dövlət birliyi sayəsində reallaşır və hələ neçə-neçə nailiyyətlərə yol açacaq, ölkəmizin gücünü, qüdrətini daha da artıracaq.
Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak etməsi, Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olması bölgələrimizin inkişafının, tərəqqisinin bir nümunəsi idi. Səfər çərçivəsində ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsinin təqdimatı oldu.
“Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir” – deyə müsahibəsində cənab İlham Əliyev xalqın güzəranının daha da artırılmasının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi.
Azərbaycanın strateji hədəfləri və çoxşaxəli fəaliyyət istiqamətləri, atılan addımlar, real şəraitlə bağlı məsələlərə toxunan dövlət Başçımız, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesi, zəruri infrastruktur yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini diqqətə çatdıraraq bu ilin sonuna qədər azğın düşmənin işğalçılıq siyasəti sayəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın Laçın şəhərinə qayıdacaqlarını bildirib: ”Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq”.
Göründüyü kimi, ölkə Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş strategiyasının nəticəsində regional inkişaf proqramları uğurla icra edilir və Azərbaycanın iqtisadi imkanların artmasına, müasir infrastruktur quruculuğuna, abadlıq-quruculuq işlərinin miqyasının genişlənməsinə müsbət təsir göstərir.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58

