Göygöldə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
28.04.2023 [13:03]
GÖYGÖL RAYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ PRAKTİK KONFRANS KEÇİRİLİB
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu Ərazi Partiya Təşkilatında keçirilən “Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon icra hakimiyyəti başçısının müavini Arzu Qocayev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu cənab Recep Öztap, Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektorunHeun müşaviri Asif Cavadov, Azərbaycan Texnologiya Universitetinin "Qida mühəndisliyi" fakültəsinin dekanı Mehman İsmayılov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müdiri Azad Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının əməkdaşı Elgün Aslanov iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilərək tədbir açıq elan olunub.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru cənab Mahir Hacıyev giriş nitqi ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən və ölkəmizdə kənd təsərrüfatının inkişafındakı misilsiz xidmətlərindən bəhs etmişdir.
Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon icra hakimiyyəti başçısının müavini Arzu Qocayev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu cənab Recep Öztap, Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov, Azərbaycan Texnologiya Universitetinin "Qida mühəndisliyi" fakültəsinin dekanı Mehman İsmayılov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müdiri Azad Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının əməkdaşı Elgün Aslanov çıxış etmişdir.
Bütün çıxış nə nitqlərdə Azərbaycan xalqının xilaskarı kimi tarixdə dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılmış, Ulu Öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasını yaratmaqla bu günkü qüdrətli, qalib Azərbaycan dövlətinin təməlini qoyduğu diqqətə çatdırılmış, yeni tariximizin dünəninə görə Ulu Öndər Heydər Əliyevə hörmət və ehtiram ifadə olunmuş, bu günkü sosial-iqtisadi inkişafa, xalq üçün yaradılmış rəvan və məmnun həyat şəraitinə görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilmiş, xalqın xoşbəxt gələcəyinə hədəflənmiş dövlət siyasətinə böyük ümidlərlə baxıldığı qeyd olunmuşdur.
Həmçinin qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur. Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim öyrənmək, təbliğ etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Bu mənada Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Videoçarx nümayiş olunmuş, gənc ifaçı İsmət Sabirlinin ifasında “Sən elə bir zirvəsən” mahnısı səsləndirilmişdir.
Xəbər lenti
Hamısına baxSiyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37

