Sarsılmaz dostluq nümunəsi
03.05.2023 [16:22]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan və Türkiyənin əlaqələri sarsılmaz dostluq və qardaşlıq prinsipinə əsaslanır. Bugünkü münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycanla Türkiyə hər zaman bir birinin yanındadır. Xalqımız 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini heç vaxt unutmur və unutmayacaq. Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, toplumlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək.
Bu gün biz Türkiyədə zəlzələdən keçən qısa müddət ərzində cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumətinin ziyanın aradan qaldırılması istiqamətində kifayət qədər yol alındığının şahidiyik.
İnanırıq ki, qardaş Türkiyə dövləti və xalqı bu faciənin yaralarını sağaltmağı bacaracaq, üzləşdiyi acı sınaqdan şərəflə çıxa biləcək!
Qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətdir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AK Parti hakimiyyəti qardaş ölkəmizi daha da gücləndirib, bu gün dünyada Türkiyə ilə hesablaşmağa məcburdurlar. Bundan sonra da, böyük hədəflərimizə çatmaq üçün siyasi sabitlik və iqtisadi inkişafın qorunması çox önəmlidir. Bu istiqrarın saxlanılmasında cənab Ərdoğanın liderliyi böyük önəm kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə son səfəri zamanı “TEKNOFEST” festivalında iştirakı və Türkiyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədikləri münasibətlərin inkişafının göstəricisidir. Hər bir ölkənin uğuru və kədəri digərində də açıq şəkildə hiss olunur. Türkiyədə istehsal edilən hərbi sənaye məhsullarının dərhal Azərbaycana inteqrasiya edilməsi, İkinci Qarabağ müharibəsində ölkəmizə verilən dəstək, qardaş ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın oynadığı rol hər iki ölkənin xalqlarını və dövlətlərini daha möhkəm birləşdirir. Əlbəttə, bütün bunlar bizlərə qarşı olan qüvvələri də çox narahat edir. Prezident İlham Əliyevin “TEKNOFEST”də iştirakı həm Rəcəb Tayyib Ərdoğana, həm də Türkiyəyə böyük dəstək nümayişi idi.
Dövlətimizin başçısı “TEKNOFEST”dəki çıxışında Türkiyənin hərbi sənayesi ilə bağlı gələcək əməkdaşlıq planlarını da açıqladı. Prezident İlham Əliyevin Azərbaycanda “Bayraktar” mərkəzinin açılmasına, səmalarımızda dünyanın son model hərbi təyyarəsi olan “Kızılelma”nın uçacağına ümidvar olduğunu bildirməsi bizim üçün mühüm, əhəmiyyətli məsələlərdir və gələcəkdə ölkəmizin təhlükəsizliyinin qarantıdır. Eyni zamanda, hər iki ölkə arasında münasibətlərin sürətli inkişafı regionumuzda da sülhün və təhlükəsizliyin qarantıdır.
Bu gün dünyanın diqqəti həm də mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərinə yönəlib. Qarşıdan gələn 14 May seçkilərində Türk xalqının türk dövlətləri üçün, birlik və bərabərliyimiz üçün, Türkiyəmizin daha da güclü və qüvvətli olması üçün ən doğru seçimi edəcəyinə inanırıq!
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50

