/ / YAP Laçın rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib
YAP Laçın rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib
10.05.2023 [17:18]
YAP Laçın rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib. Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon təhsil sektorunun müdiri Nicat Həsənov, Laçın rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev, ictimaiyyət nümayəndələri, YAP fəalları və yarış iştirakçıları iştirak etmişdir. İlk olaraq müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndərin adı ilə bağlıdır. Möhkəm təməl davamlı uğurların əsasıdır. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsini, təbliğini fəaliyyətinin önündə saxlayıb. İlqar İlyasov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən əhəmiyyətli addımlar atmışdır. Ümummilli Liderin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənirdi. Vətənə, torpağa bağlılığını atdığı addımları ilə təsdiqləyən Ulu Öndərin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il 8 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon təhsil sektoru, Laçın rayon Gənclər və İdman idarəsi və Laçın rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda keçirilən ümumrayon müsabiqəsinin inşa yazı, mini futbol və voleybol nominasiyalarının qalibləri mükafatlandırıldı. Sonra partiyaya qəbul olunmuş yeni üzvlərin vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

