Azərbaycan enerji mənbələrini şaxələndirir
06.06.2023 [16:34]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 31 may tarixində, 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı Azərbaycanın ötən 29 il ərzində keçdiyi yola qısa nəzər yetirməklə əldə etdiyimiz uğurların möhtəşəmliyinə diqqət yetirdi. 1994-cü ildən etibarən keçirilən Xəzər neft-qaz sərgisi əslində Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi, bu neft-qaz sərgisi ölkəmizin qədimdən neft istehsalı ilə məşğul olduğunu dünyanın aparıcı neft-qaz şirkətlirinin diqqətinə çatdırmaqla ölkədə bu sahəyə investisiya yatyırmağın vacibliyini vurğuladı. Elə həmin il, 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti və dönməz iradəsi nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesində yeni dövrün başlanğıcını qoydu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrin müqaviləsi bizim uğurlu inkişafımızın əsas mənbəyi olmuşdur”. “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət sərmayədarlarda böyük inam yaratdı. Geridə qalmış infrastruktura malik ölkəyə sərmayə qoymaq inestorları qorxutsa da Ümummilli lider Heydər Əliyevdə olan özünə inam sanki dünyanın aparıcı şirkətlərinə də sözün birbaşa mənasında müsbət təsir etdi.
Azərbaycanın yüksəliş dövrü neft-qaz sənayesinin inkişafının yeni mərhələsi ilə səciyyələnir. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin hissəsinin birgə işlənməsi barədə imzalanmış “Əsrin müqaviləsi” bu yeni mərhələnin başlanğıcıdır. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini bir daha de-fakto təsdiqləyən, onun dünya birliyinə üzvi surətdə inteqrasiyasına, beynəlxalq enerji bazarında önəmli yerinə yol açan misilsiz siyasi-iqtisadi əhəmiyyətə malik epoxal bir sənəddir. Saziş həyata keçirildiyi müddətdə Azərbaycanın ictimai həyatının bütün sahələrinə nüfuz etmiş, qazanılan nailiyyətlərin təməlində durmuşdur. Ulu öndər Heydər Əliyev sənədin ölkəmiz qarşısında parlaq perspektivlər açdığını vurğulayaraq deyirdi: ““Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”. Böyük bir uzaqgörənliklə söylənmiş bu sözlər artıq reallıqdır. Bir zamanlar xarici səramyəyə ehtiyacı olan Azərbaycan bu gün özü investora çevrilmişdir.
Bakı Enerji Həftəsi bu gün enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunakın bu tədbirə ünvanladıqlar təbrik məktubları tədbirin qlobal əhəmiyyətindən xəbər verir. Prezident İlham Əliyev deyir: “ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin”. Təşəbbüslərimizin dəstəklənməsi nəticəsində Azərbaycan özünün nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz məkan kimi xarakterizə olunur. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca mövqeyə malikdir. Təbii ki, enerji təhlükəsizliyi üçün marşurutların şaxələndirilməsini deyil, mənbələrin şaxələndirilməsinə diqqət yetirilməlidir. Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Buna görə də biz həm marşrutları, həm də mənbələri şaxələndiririk. Təsadüfi deyil ki, 1994-cü ildə neft ölkəsi kimi dünyaya təqdim olunan Azərbaycan bu gün Avropa İttifaqının liderləri tərəfindən etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırılır. 2027-ci ildə Avropa bazarına qaz təchizatımız 20 milyard kubmetrə çatdıracağıq. Ancaq Azərbaycan enerji təhlükəsizliyi məsələsində öz fəaliyyətini neft və qazla məhdudlaşdırmaq fikrində deyil.
Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji” Avropaya nəql ediləcək. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.
Göründüyü kimi Azərbaycan enerji mənbələrinin diversifikasiya edilməsi istiqamətində həyata keçirdiyi layihələr yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

