Qurtuluşdan başlanan yol
12.06.2023 [11:23]
15 iyun müstəqil Azərbaycanın tarixində unudulmaz, çox böyük əhəmiyyətə malik bir gündür. Bu gün tarixə Milli Qurtuluş Günü olaraq düşüb və 1997-ci ildən Milli Məclis tərəfindən bayram günü elan edilib.
Müstəqilliyinin ilk illərində xalqımız səriştəsiz və naşı rəhbərlər üzündən çox ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. AXC-Müsavat cütlüyü həm hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Düzgün olamayan xarici siyasət isə Azərbaycanın təklənməsi ilə nəticələnmiş, Ermənistanın hərbi hücumları daha geniş vüsət almışdı. Ölkə daxilində ayrı-ayrı silahlı dəstələr öz bildiklərini edir, talançılıq baş alıb gedirdi. Ölkənin və xalqın parçalanması qaçılmaz olmuşdu. Bəzi separatçılar ölkədə ayrı-ayrı “respublikalar” yaratdıqlarını elan edirdilər.
AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti ölkəni olmazın problemlərlə üz-üzə qoymuş, xalq çörək və ərzaq qıtlığından əziyyət çəkrdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Bir sözlə, xalq və ölkə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə idi.
Belə bir çətin vaxtda xalqımız öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarix Azərbaycan xalqının həyatında bir dönüş nöqtəsi oldu. Ulu Öndər öz iradəsi və düşünülmüş siyasəti ilə qısa zaman ərzində ölkəni öz axarına qaytardı. Ölkədə daxili sabitlik təmin edildi, Ermənistanla atəşkəs müqaviləsi imzalandı, ölkə iqtisadiyyatında yaşanan tənəzzül aradan qaldırıldı və Azərbaycan özünün davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb.
Əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Bakıya qayıtmasaydı, ölkəni Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələr gözləyirdi. Məhz Ulu Öndərin cəsarətli addımları, xalqa, ölkəyə olan sonsuz məhəbbəti müstəqil Azərbaycanın qurtuluşunun əsası oldu. Xalq qarşısında misilsiz xidmətləri əminliklə deməyə əsas verir ki, müstəqil Azərbaycanın memarı məhz Ümummlili Lider Heydər Əliyevdir. Dahi şəxsiyyətin ən böyük arzusu isə müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Ulu Öndər bunun üçün yorulmadan çalışır, siyasətinin qayəsini ərazi bütövlüyümüzü təmin etmək təşkil edirdi.
Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirməsi ölkəmizin davamlı inkişafına, iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə xidmət edib. Həyata keçirilən düşünülmüş siyasət və düzgün strategiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz təmin edilib. Bir zamanlar məcburi köçkünlərlə görüş zamanı Ulu Öndərin səsləndirdiyi və getmək arzusunda olduğu Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Ağdam bu gün öz azadlığına qovuşub və bu əzəli torpaqlarımızda sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Təbii ki, Azərbaycanın möhtəşəm Zəfərinin və bütün bu böyük işlərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi dəst-xətti dayanır. Bu siyasi dəst-xətti müasir dövrün tələbləri çərçivəsində həyata keçirən cənab Prezident İlham Əliyev isə Azərbaycanın gələcək təhlükəsizliyi və tərəqqisinin qarantıdır. Xalqımız da əmindir ki, qurtuluşdan başlanan yol Azərbaycanı tərəqqiyə, Zəfərə və yüksək zirvələrə aparır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

