Xalqımızı nicata aparan yol
14.06.2023 [11:12]
XX əsrin axırlarında Azərbaycanın çox ağır, müəkkəb və ziddiyyətli bir dövrü idi. Xalq Cəbhəsinin hakimiyyəti dövründə ölkədə dərəbəyilik hökm sürür, özbaşınalıq, hərc-mərclik, satqınlıq baş alıb gedirdi. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişmələri, təsadüfi adamların, heç bir təcrübəsi və səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının nə olduğunu bilməyən quldur dəstə başçılarının hakimiyyətə yiyələnmələri, sonradan dövlət çevrilişi etmək cəhdləri, vəzifələrindən sui-istifadə edərək reket qaçaqmalçılıq, terror, adam oğurluğu kimi cinayətlər törətmələri ölkədə adi hala çevrilmişdi. Dəhşətlisi bir də bu idi ki, qısa bir müddət ərzində ölkənin varidatı sürətlə talan edilirdi. Bu dövrdə Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çapalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi.
Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb, yox olmaq təhlükəsi qarşısında qalmışdı. Cəbhə düşmənin üzünə açıq idi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ölkəmiz dünyanın siyasi xəritəsindən silinmək həddinə çatmışdı.
Azərbaycanın belə bir fəlakət anında xalqımızın yeganə ümid yeri, qurtuluş çırağı dahi şəxsiyyət Heydər Əliyev idi. Müdrik xalqımızın əksəriyyəti haqlı olaraq qəti və düzgün hərəkət edərək dünyanın bu böyük siyasət adamını Azərbaycanda yenidən hakimiyyətə gətirmək istəyirdi.
Ölkəmizin belə bir ağır dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvandan bütün Azərbaycan Respublikasının müstəqilliyi uğrunda əsl qurtuluş mücadiləsinə qalxmışdı. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasını böhrandan qurtarmaq üçün gördüyü əməli tədbirlər, yeni dövlət quruculuğu yolunda atılan uğurlu addımlar, həyata keçirdiyi nəhəng işlər onun nüfuzunun daha da artmasına səbəb olmuşdu. Azərbaycan xalqı çox yaxşı başa düşürdü ki, respublikanı bu ağır böhrandan ancaq təcrübəli siyasətçi, dövlət quruculuğu sahəsində böyük nüfuza və dərin siyasi dünyagörüşünə malik, müdrik şəxsiyyət Heydər Əliyev çıxara bilərdi. Ona olan güclü ümumxalq inamı və ümidi gündən-günə artırdı. Respublikamızın bu ağır günlərində vətənpərvər ziyalılar Naxçıvana görkəmli siyasətçi Heydər Əliyevin yanına gedərək ondan Azərbaycanı düşdüyü bəlalardan xilas etməyi xahiş edirdilər.
Bütün bunlardan ehtiyat edən o vaxtkı Azərbaycan iqtidarı Heydər Əliyevin prezidentliyə namizədliyinə süni maneəçilik törətmək məqsədilə Konstitusiyada prezidentlik üçün yaş məhdudiyyəti məsələsini ortaya atmışdı. Məqsəd aydın idi. İqtidar, xalqa yad olanlar bütün qüvvələrini səfərbər etdilər ki, Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəlməsin. Onlar Heydər Əliyevə böhtanlar, iftiralar ataraq onu ləkələməyə, xalqın gözündən salmağa, hətta həyatına qəsd etməyə çalışırdılar. Bütün bu təzyiqlərə, hədə-qorxulara baxmayaraq, xalqın ürəyindən Heydər Əliyev sevgisini çıxara bilmədilər.
1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il oldu. Hakimiyyət daxilində baş verən qarşıdurmalar 1993-cü ilin iyun ayında Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya göndərilmişdi, ölkə heç bir qurum və ya şəxs tərəfindən idarə olunmurdu. Nəticədə Azərbaycan dövlətçiliyi ən ağır böhran və dağılma təhlükəsi ilə üzləşmişdi, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırılmışdı. Cəmiyyət hər şeydən əvvəl milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə bir mürəkkəb vəziyyətdə iflasa uğradıqları ilə barışmalı olan iqtidar da vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdü. Ulu Öndər Heydər Əliyev həmin dövrü belə xatırlayırdı: “Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə mürqaciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. 1993-cü ilin iyun ayının 15-də böyük siyasətçi Heydər Əliyev Azərbaycan Respublikası Ali sovetinə sədr seçildi. İyunun 23-də isə bu görkəmli şəxsiyyətə Azərbaycan Ali Soveti tərəfindən respublika prezidentinin səlahiyyətlərini həyata keçirmək həvalə olundu. Həmin ilin oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti dahi şəxsiyyət Heydər Əliyevə səs verərək onu ölkənin prezidenti seçdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında qısa bir müddət ərzində aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün əlverişli şərait yaradıldı.
Azərbaycan Respublikasının Milli Məclisi xalqımızın yüz minlərlə nümayəndələrinin müraciətini nəzərə alaraq 1997-ci ilin iyun ayının 27-də qəbul etdiyi qərarı ilə Heydər Əliyevin Hakimiyyətə qayıdışını Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək, 15 iyun gününü Milli Qurtuluş Günü elan etmişdir.
Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi gündən Azərbaycan ayağa qalxdı, müstəqil dövlət kimi tanınmağa başladı. Ömrünü xalqa, doğma vətəninə həsr edən Heydər Əliyev kimi dahi insan Allahın, Ulu Tanrının Azərbaycan xalqına ən böyük töhfəsi idi. Onun qüdrətli xarakterini tam əhatə edən qiyməti yalnız böyük Vətəni – xalqı verə bilər. Təsadüfi demirlər ki, Heydər Əliyev xalq – xalq Heydər Əliyevdir.
Bu gün müasir Azərbaycan dayanmadan inkişaf edir. Müdrik xalqımız Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər birimiz dahi xilaskar Heydər Əliyevə borcluyuq. Ulu Öndər Heydər Əliyevin yaratdığı tarixi ənənələr Azərbaycanın qüdrətli prezidenti İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam və inkişaf etdirilir.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

